İsrail Yəmənin paytaxtını bombalayıb

İsrail Yəmənin paytaxtı Sənaya havadan hücum edib. Husilərin Baş Qərargahının nəzarət mərkəzi də daxil olmaqla, Sənada çoxsaylı hədəflər bombalanıb. Hücumlar Husi lideri Əbdülməlik əl-Husi canlı televiziyada olarkən həyata keçirilib.

İsrail ordusunun Yəmənin paytaxtı Sənada çoxsaylı hədəfləri bombaladığı açıqlanıb.

Yəmənin Əl-Məsirə telekanalı İsrail ordusunun Sənaya hava zərbələri endirib.

İsrailin zərbələri Husi lideri Əbdül-Malik əl-Husi canlı yayımda bəyanat verərkən həyata keçirilib.

Bu arada İsrail ordusundan verilən yazılı açıqlamada husilərə məxsus “hərbi hədəfləri hədəf alan genişmiqyaslı hücumun” həyata keçirildiyi bildirilib.

Çoxlu sayda döyüş təyyarəsinin iştirak etdiyi hücumlarda Husi Baş Qərargahının nəzarət mərkəzinin hədəf alındığı da bildirilib.

Müdafiə naziri İsrael Katz Sanaya hücumla bağlı sosial mediada yazılı açıqlama yayıb.

Katz, Sənada "çoxsaylı Husi hədəflərini" bombaladıqlarını və çoxlu sayda pilotsuz uçuş aparatını (PUA) və silah anbarını məhv etdiklərini bildirib.

Husilər hələlik hər hansı itki ilə bağlı açıqlama verməyiblər.

Husilər sentyabrın 24-də İsrailin cənubundakı Eylat şəhərinə partlayıcı yüklü pilotsuz uçan aparatla hücum edib, azı 20 nəfər yaralanıb.