İspaniya polisi azərbaycanlı turistin qolundan 1,3 mln. dollarlıq saatı oğurlayan oğrunu tapmayıb. Bundan öncə Azərbaycanda 50-03 McLaren F1 markalı saatın 1 mln., sonra isə 1,2 mln. dollar dəyərində olması barədə yazırdılar. Lakin İspaniyanın Diario de Ibiza qəzeti bildirib ki, iyunun 19-da İbiza adasında sahildə gəzişən turistin 1,3 mln. dollar dəyərində saatı oğurlanıb.
Bu hadisə "Bloomberg"də "Azərbaycanlılar təəccüblənirlər ki, İspaniyada 1,3 mln. dollar dəyərində saat taxan kimdir?" adlı məqalədə danışılır. (Who Was the Man Wearing the $1.3 Million Watch Stolen in Spain, Azeris Wonder.
"Bloomberg" agentliyi bildirib ki, sosial şəbəkələrdə yayılan İspaniya polisinin hesabatının fotosu həqiqidir. Hesabata görə, oğurluq qurbanı Azərbaycan vətəndaşı, 25 yaşlı Rəşad Abdullayevdir. Məlumatlı mənbə əlavə edib ki, hesabatda Abdullayevin pasport və əlaqə məlumatları, həmçinin anasının və İbizada onunla birlikdə olan iki dostunun adları göstərilib.
Azərbaycanın müxalifət partiyaları və hüquq müdafiəçiləri bildiriblər ki, qurban Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin oğludur. O 2005-ci ildən parlamentin üzvüdür. Tərcümeyi-halına görə, 54 yaşlı R.Abdullayevin eyni adlı və eyni doğum tarixli oğlu var", - "Bloomberg" yazıb.
Nə dövlət şirkətinin rəhbəri R.Abdullayev dərc olunmuş məlumatı şərh edib, nə də onun rəhbərlik etdiyi SOCAR. SOCAR-ın mətbuat xidməti dəfələrlə göndərilmiş elektron məktublara və ya telefon zənglərinə bir neçə gün ərzində cavab verməyib, verilən cavablar ancaq bizneslə bağlı olub.
Polisin hesabatında deyilir ki, Rəşad Abdullayev polisdən onun mobil telefonuna gələn zənglərə cavab verməyib. Richard Mille saatının istehsalçısı olan şirkətin kommunikasiya üzrə direktoru Laura Hyuz bildirib ki, şirkət oğurluğu şərh etmək istəmir", - agentlik əlavə edib.
Prezident İlham Əliyev dəfələrlə dövlət qulluqçularına xəbərdarlıq edib, onlardan ekstravaqant həyat tərzi sürməməyi, öz uşaqlarının davranışına nəzarət etməyi tələb edib. Prezident onun tələblərinə əməl etməyənləri işdən çıxaracağı ilə hədələyib. Ancaq prezident iyunun 19-da İbizada baş vermiş hadisə ilə bağlı bəyanat verməyib.
Agentlik oxuculara məlumat verir ki, Azərbaycanda orta aylıq əməkhaqqı 581 manatdır ($343) ölkənin Dövlət Statistika Komitəsinin məlumatına əsasən), bu da göstərir ki, ölkə əhalisinin əksəriyyətinin 1,3 mln. dollar dəyərində saat almağa imkanı yoxdur.
"Bloomberg" saat oğurluğu haqda məlumatda neft Azərbaycanında korrupsiyanın yüksək səviyyədə olduğunu xatırladır. Ölkə 2018-ci ildə Korrupsiya Qavrama İndeksinə görə, Nikaraqua və Tacikistanla bərabər 152-ci yeri tutub (180 yer).
Qeyd edək ki, Azərbaycanın hökumətyönlü saytlarından biri Rusiya AİF-ə istinadən yazıb ki, oğurlanmış saat saxtadır, qiyməti 1000 dollardır.
"Bloomberg" agentliyi saatın saxta olması versiyasını şərh etməyib.--0--
İspaniya polisi azərbaycanlının saatını oğurluyan oğrunu tapmayıb

Oxşar xəbərlər