İrəvanda aksiyada xəsarət alanların sayı artdı

İrəvanın Baqramyan prospektində baş verən qarşıdurmalarda yaralanan vətəndaşların və polis əməkdaşlarının sayı 98-ə çatıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

"66 nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 32 xəstənin müalicəsi davam edir. Onlar yüngül və orta dərəcəli xəsarətlər alıblar.", - məlumatda deyilir.