İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani həftəlik mətbuat konfransında gündəmi dəyərləndirib. O, həftəlik mətbuat konfransında Amerikanın nüvə sazişinə münasibəti ilə bağlı danışaraq, "İran milli maraq və mənafelərinə uyğun olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı-KOEP razılaşması danışıqlarını izləyir. Biz həmişə vurğulamışıq ki, qırmızı xətlər bizim milli maraqlarımızdır, qırmızı xətlərimizin içərisində biz dialoqları yekunlaşdırmağa hazırıq” deyib.
Nasir Kənani əlavə edib: "İranın Amerikaya baxışı aydındır. Biz heç vaxt Amerika hökumətləri ilə inamla danışıqlar aparmırıq. KOEP ABŞ-a güvənməyin nəticəsi deyildi və indi qəddar sanksiyaların ləğvi ilə bağlı danışıqlar bizim güvəndiyimiz anlamına gəlmir. Biz KOEP-i imzalamaq və həyata keçirmək niyyətində idik. KOEP-in nəticəsi ABŞ-da nisbi etimad yaradacaq və ABŞ onsuz da bu etimadı yarada bilməzdi. O, nə qədər sadiq olduğunu dəfələrlə nümayiş etdirdi."
İran: Biz ABŞ hökumətinə arxalanaraq heç vaxt danışıqlar aparmamışıq