HƏMAS: Hücumların azaldığı iddialarına baxmayaraq İsrail Qəzzada 70 fələstinlini öldürüb

HAMAS ABŞ prezidenti Donald Trampın Qəzza Planı çərçivəsində bütün məhbusların azad edilməsini təmin etmək üçün İsrailin Qəzzaya hücumlarını müvəqqəti dayandırdığı iddiaları ilə bağlı bəyanat yayıb.

Bəyanatda İsrail ordusunun təkcə 4 oktyabr hücumlarında 70 nəfərin həlak olduğu bildirilir.

Hərəkatın Qəzzadakı mətbuat ofisindən verilən açıqlamada həmçinin qeyd olunub ki, İsrail ordusu təkcə dünən 93 hava hücumu təşkil edib və nəticədə 47-si Qəzza şəhərində olmaqla 70 nəfər həlak olub.