Havanın temperaturu yüksəlir

İyulun 3-də Bakıda və Abşeronda yağıntı olmayacaq. Cənub küləyi əsəcək, havanın temperaturu gündüz +32 dərəcə olacaq. Gecə +18+23 dərəcə olacaq.

Ölkə rayonlarında da yağıntı gözlənilmir. Qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gündüz +31+36, dağlarda +23 dərəcə olacaq.