Əfv sərəncamı: Güzəşt yoxsa...

Ölkə gündəminə hər il ənənəvi əfv sərəncamının icrası bir qayda olaraq Novruz bayramı ərəfəsində gerçəkləşir. Prezidentin müstəsna səlahiyyətlərinə daxil sərəncam bu il ehtimal ki, 28 may, Respublika gününə qədər ertələnsin. Buna əsas səbəb olaraq növbədənkənar prezident seçkiləri olaraq göstərilir. Belə ki, əfv komissiyasının bir çox üzvlərinin hakim vəzifələrdə çalışması və seçkidən sonra buraxılan kabinetdə təmsilçilik növbəti kabinetin toplanmasına qədər müddət vaxt tələb edir. Ardınca isə müraciətlərin baxılması bu iş üçün yetərincə zamana ehtiyac yaradır ki, bu da mart əfvinə qədər mümkün görünmür.
Lakin əfvin gətirdiyi sevincin pərdəarxası kədəri heç də əfvə bağışlanma kimi müstəsna ümidlər vermir. Zamanla əfvin məcburi razılaşma, etmədiyin günah üçün səmimi peşimançılıq, tərəfin “yalvarışı” olaraq hallandırılan sərəncama bu günlər növbəti acı bir gerçəklikdə əlavə olunub. Bu isə əfvin bağışlanma deyil, cinayəti unutmama kimi bir formaya malik olmasıdır.
Məsələ burasındadır ki, ötən ildən ölkədə kütləvi həbslərinin qurbanı olaraq içində ruhanilərin də yer aldığı bir çox inanclılar saxlanıldı. Sayı mini ötən (rəqəmi ona görə vurğulayırıq ki, bu işdə həbslərin elə kütləvilik daşıdığı bəlli olsun) inanclıların həbslərində iddia olunan səbəblərdən asılı olmayaraq standart bütün inanclılar narkotik ittihamı ilə azadlıqdan məhrum edildi ki, bu da öz növbəsində saxlanılanların sifarişli qurbanlar olduğunu göstərirdi.
Acınacaqlı hal isə bu şəxslərin içində ötən illərdə əfv sərəncamı ilə azadlığa çıxan şəxslərin yer almasıdır. Onların bu dəfə həbsləri narkotiklərlə bağlı olsa da məhkəmə onların hər birinə əfvdən qalan hissəni təhkim edərək onları olduqca ağır müddətlə azadlıqdan məhrum etmə cazası ilə cəzalandırır. Əfv sərəncamının bağışlama siyasəti, əfv etmə göstəricisi görünür onları əfv etmək deyil, cəzalandırmaq üçün əlində səbəb olaraq saxlanılan arqument olub. Artıq əfv sərəncamı ilə azadlığa çıxan inanclıların növbəti günhasız həbsləri əfvin cəza növü olaraq üzərilərinə qalan işin əlavə edilməsi ilə hər kəsdən bir daha əfv haqqında daha ehtiyatlı davranışın sərgilənməsini tələb edir.
Əfvə doğru addımlarkən bu sual hər bir əfv sərəncamına ümid edənləri düşündürməlidir: Əfv ona bağışlanma gətirəcək, yoxsa ilk fürsətdə daha sərt cəzalanma?!
 
MBH