Əfqanıstanda partlayış olub, 6 dinc sakin ölüb

Əfqanıstanın qərbində yerləşən Qor əyalətində törədilən partlayış nəticəsində 6 dinc sakin ölüb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə Əfqanıstan hökumət nümayəndələri bildirib.

Hadisə ilə bağlı başqa məlumat yayılmayıb.

Partlayışın məsuliyyətini heç bir qruplaşma hələ ki, üzərinə götürməyib.