“Formula 1” üzrə Azərbaycan Qran-prisinin keçirilməsi ilə bağlı müqavilənin müddəti artırılıb

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin keçirilməsi ilə bağlı müqavilənin müddəti artırılıb. Bu barədə Bakı Şəhər Əməliyyat Şirkəti məlumat yayıb.
Yeni razılaşmaya görə, yarış 2030-cu ilə qədər Bakıda təşkil olunacaq.
“Formula 1”in prezidenti Stefano Domenikali Azərbaycan Qran-prisinin trasını “unikal” adlandırıb və Bakının “inanılmaz enerjisi” olduğunu bildirib. Onun sözlərinə görə, bu uzadılma “Azərbaycan hökuməti və promouterlə güclü etimadı” göstərir.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov isə deyib ki, tərəfdaşlığın uzadılması “ölkə rəhbərliyinin vizionunu və istiqamətini əks etdirir” və Azərbaycanın qlobal idman mərkəzi kimi qalmasına xidmət edir.
Bakıda “Formula 1” yarışları 2016-cı ildən keçirilir.