Elçin Sadıqovla bağlı məsələ də bizim diqqətimizdədir

“Azərbaycan və Böyük Britaniya arasında strateji və möhkəm ikitərəfli əlaqələr imkan verir ki, biz bütün məsələri müzakirə edək. Elçin Sadıqovla bağlı məsələ də bizim diqqətimizdədir. Bu məsələni də hökumətlə dialoqumuzda müzakirə edirik”.

Bunu Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld tanınmış vəkil Elçin Sadıqovun vəkil kimi fəaliyyətinin dayandırılması barədə suala cavabında deyib.

O, həmçinin bildirib ki, Azərbaycan və Böyük Britaniya arasında bir neçə sahə ilə bağlı davamlı dialoq var:  “Azərbaycan hökuməti ilə dialoqumuzda hər zaman insan hüquqları məsələsi xüsusi yer tutub.”
 

gununsesi.info