Danimarkada ifrat sağçı qrup paytaxt Kopenhagendə məscidin qarşısında Quranı yandırıb.
Danimarkada İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter (Danimarka Patriotları)” qrupunun üzvləri Dortheavej rayonunda İslam Cəmiyyətinə məxsus məscidin qarşısında cümə namazının sonunda Qurani-Kərimi yandırıblar.
İslama zidd pankartlar daşıyan və meqafonla İslamı təhqir edən qrup polisin sıx mühafizəsi altında təxribatı həyata keçirib. Qrup üzvləri həmin anları sosial media hesablarında canlı olaraq paylaşıblar. Bu arada məscidin xaricində səsgücləndiricilərlə təşrik təkbirləri verilib, Quran oxunub.
Danimarkadakı ultra-millətçi qrup aprel ayından etibarən Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında türk bayrağına və Qurana hücum etməyə başlamışdı.
İslam əleyhinə pankartlar qaldıraraq, İslamı təhqir edən şüarlar səsləndirən qrup üzvləri iyulun 21-də İraq, iyulun 24-də İran və İraq, iyulun 25-də isə Misir və Türkiyənin səfirlikləri qarşısında Quran Kərimi yandırdılar.
Danimarkada Uzaq Sağ Qrup Quranı yenidən yandırıb