Danimarkada qatar qəzası: Adalar arasındakı əlaqə kəsildi

Danimarkada qatar qəzası baş verib.

Axar.az  xəbər verir ki, qəza nəticəsində Zealand və Fyn adaları arasında əlaqə kəsilib.

İlkin məlumatlara görə, qəza zamanı 7 nəfər həlak olub.

Bölgədə hökm sürən şiddətli fırtına səbəbindən xilasedicilərin əraziyə cəlb edilməsində problemlər yaranıb.