Cüdoçumuz gümüş medal qazandı

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb. 24 yaşlı idmançı yarışda ikinci yeri tutub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, mübarizəyə 1/32 finaldan başlayan Tçkayev bütün rəqiblərini məğlub edərək finala qədər irəliləməyi bacarıb. Həlledici görüşdə belçikalı Mattias Kasseyə uduzub.

Azərbaycan millisinin digər cüdoçuları Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq) və Səid Mollayi (81 kq) mükafatçılar sırasına düşə bilməyiblər.