Cəsarət Valehov nazirlikdəki fəaliyyətini dayandırdı

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov müvəqqəti vəzifəsinin icrasını dayandırıb.
 
Unikal.org-a istinadən xəbər verilir ki, Cəsarət Valehov təhsil alması ilə bağlı ABŞ-a köçüb. Buna görə də o, mətbuat katibi kimi fəaliyyətini bir müddətlik dayandırıb. 
 
Onun vəzifəsinin müvəqqəti icrası isə İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadəyə tapşırılıb.