04 November 2026

Jurnalistlərə qarşı cinayətlər cəzasız qalmamalıdır

Avropa İttifaqı jurnalistlərin öldürülməsi, təqib olunması, qanunsuz saxlanılması və peşə fəaliyyətinə görə təzyiqlərlə üzləşməsi ilə bağlı bəyanat yayıb.

Noyabrın 1-də Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas, Avropa Komissiyasının icraçı vitse-prezidenti Henna Virkkunen və komissar Maykl Makqrat Beynəlxalq Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günü münasibətilə birgə bəyanat yayıblar.

RSF 2026-cı ildə jurnalistləri və media qurumlarını hədəf alan 33 “mətbuat azadlığı yırtıcısı”nın siyahısını təqdim edib

Jurnalistlərə qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günü Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) 2026-cı ildə jurnalistləri və media qurumlarını hədəf alan 33 “mətbuat azadlığı yırtıcısı”nın siyahısını təqdim edib.

ABŞ-da seçki zəlzələsi: Demokratlar irəliləyir, Tramp Konqresə nəzarəti itirə bilər!

ABŞ-da noyabrın 3-də keçirilən aralıq seçkilərin ilkin nəticələri Prezident Donald Tramp və Respublikaçılar Partiyası üçün ciddi siyasi məğlubiyyətə işarə edir. Demokratlar Nümayəndələr Palatasını ələ keçirməyə yaxınlaşır, Senatda isə hakimiyyət dəyişikliyi ehtimalı kəskin artıb.

SEPAH: Hörmüzdə daha 4 tanker minaya düşüb, 2-si saxlanılıb

Hörmüz boğazı ətrafında azı dörd neft tankerinin dəniz minalarına düşdüyü bildirilir.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib.

Qeyd olunub ki, həmin tankerlər Hörmüz boğazının cənub hissəsində gəmilərin hərəkətinə qadağa qoyulmuş ərazidən və rəsmi Tehrandan icazə almadan keçməyə cəhd göstərərkən minalara düşüb.

“Qalatasaray” “Ştutqart”ı məğlub etdi

Noyabrın 3-də UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turuna start verilib.

Türkiyə təmsilçisi “Qalatasaray” doğma meydanda Almaniyanın “Ştutqart” klubu ilə qarşılaşıb.

“RAMS Park” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 21:45-də başlayıb.

Qarşılaşma İstanbul təmsilçisinin üstünlüyü ilə başlayıb. Komanda erkən qola sevinib. Aleksey Batrakov fərqlənib. Rusiyalı futbolçu çox keçmədən dublunu rəsmiləşdirib - 2:0.

Əhli-beyt (ə) məscidində Həzrət Zəhranın (s.ə) şəhadət günləri münasibətilə əza məclisi keçirilib

Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində yerləşən Əhli-beyt (ə) məscidində Peyğəmbərin (s) əziz qızı, xanımlar xanımı Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günləri münasibətilə növbəti əza məclisi təşkil olunub. Məclisdə dəyərli ruhani İmzad Süleymanov çıxış edərək Həzrət Fatimeyi-Zəhranın (s.ə) həyatına, məruz qaldığı müsibətlərə və şəhadətinə səbəb olan tarixi hadisələrə toxunub.

Fon der Lyayen: Hörmüz boğazının bağlanması Aİ üçün yanacaq idxalını bahalaşdırıb

“Hörmüz boğazının bağlanması səbəbilə Avropa İttifaqının (Aİ) idxal etdiyi qalıq yanacağa çəkdiyi xərclər əlavə olaraq 127 milyard avro artıb”.

Bunu Brüsseldə startaplara həsr olunmuş “WinWin” sammitində çıxışı zamanı Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen deyib.

Həbsdəki jurnalist Əfqan Sadıqov Lənkəranda məhkəmədə "Rədd olsun diktatura!" deyib, konvoy onu zaldan çıxarıb

Noyabrın 3-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində "Azel TV" saytının və eyniadlı YouTube kanalının təsisçisi, baş redaktoru Əfqan Sadıqovun hədə-qorxu ilə pul tələb etmə ittihamı üzrə işinə baxış başlayıb. Jurnalist ittiham aktında yazılanların hamısının yalan olduğunu, jurnalist fəaliyyətinə görə prezident İlham Əliyevin göstərişi ilə həbs edildiyini deyib.