30 October 2026

AŞPA və ATƏT PA siyasi məhbuslarla bağlı bəyanat yayıb

30 oktyabr Beynəlxalq Siyasi Məhbuslar Günü münasibətilə AŞPA-nın Siyasi Məhbuslar üzrə Baş Məruzəçisi Azadə Rojhan (İsveç) və ATƏT Parlament Assambleyasının Siyasi Məhbuslar üzrə Xüsusi Nümayəndəsi Stiv Koen (ABŞ) birgə bəyanat yayıb. Bəyanatda Azərbaycandan AXCP sədri Əli Kərimlinin və başqa bir neçə siyasi məhbusun da adı çəkilir.

Türkiyə-Azərbaycan gərginliyi fonunda daha bir addım- bu dəfə Azərbaycandan

Türkiyə ilə münasibətlərində gərginlik yaşayan Əliyev administrasiyasından diplomatik addım atılıb. Türkiyənin BMT-nin Baş Katibi vəzifəsinə keçmiş xarici işlər naziri Sinirlioğlunun namizədliyini irəli sürməyi düşündüyü bir vaxtda, Bakı administrasiyası BƏƏ-nin namizədi Lana Nusseibehin namizədliyini alqışladığını açıqlayıb. Əliyevin Ərdoğanın dəvətinə baxmayaraq Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısına qatılmamaq qərarının da gündəmdə olduğu diplomatik gərginliyin ortasında Azərbaycanın bu mövqeyi diqqəti cəlb edib.

Druzlarla Suriya qüvvələrin arasında yenidən toqquşma başlayıb

Əs-Suveydada yenidən druz dağ özünümüdafiə qüvvələri ilə Suriya təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.

Məlumatı Syria TV yayıb. Məlumatab grə, atəş mübadiləsi zamanı iki tərəf artilleriya və minaatanlardan istifadə edib.

Ən ağır atışmalar Əl-Məcdəl-Tell Hədid təmas xətti boyunca baş verib. Yaşayış məntəqələri atəşə tutulub və nəticədə mülki şəxslər arasında itkilər olub.

Millimiz Vyetnama məğlub oldu

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalında növbəti oyununu keçirib.

Famil Xəlilovun baş məşqçisi olduğu komanda C Divizionunda Vyetnam yığmasına məğlub olub - 4:2.

Qeyd edək ki, Azərbaycan millisi AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb.

İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib

İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərində bülletenlərin 100 faizi hesablanıb.

İsrail Mərkəzi Seçki Komissiyası xəbər verir ki, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası ən çox mandat qazansa da, onun siyasi bloku parlament çoxluğunu təmin edə bilməyib.

“Likud” 120 yerlik Knessetdə 27 mandat əldə edib. “Likud” və Netanyahunu dəstəkləyən ultra-sağçı və ortodoks partiyalardan ibarət blok ümumilikdə 53 mandat qazanıb.