12 October 2026
Qızlarımızın başından açılacaq hər bir örtük bizim üçün kəfən olacaqdır
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsinin 3-cü dəstəsində cəza çəkən din məhbusları bəyanat yayıb. Hicaba qarşı qadağaya etiraz edən inanclıların göndərdiyi bəyanatda deyilir:
Bismilləhir-Rahmənir-Rahim!
Bağışlayan və mehriban Allahın adı ilə!
Gürcüstanın tanınmış ruhanisi Azərbaycanda məktəblərdə hicabla bağlı tətbiq olunan məhdudiyyətlərə etiraz edib
Gürcüstanın tanınmış ruhanisi, İmam Rza (ə) mədrəsəsinin müdiri Hacı Əziz Nəbiyev Azərbaycanda məktəblərdə hicabla bağlı tətbiq olunan məhdudiyyətlərə etiraz edib.
Ruhani paylaşımında hicabın Allahın əmri, elmin isə insanı kamilliyə aparan yol olduğunu vurğulayaraq dini dəyərlərlə təhsilin bir-birinə qarşı qoyulmamalı olduğunu bildirib.
Azərbaycanda Instagram və TikTok-a giriş məhdudiyyətləri yaranlb
Azərbaycanın dövlət məktəblərində yeni geyim qaydaları əsasında hicablı şagirdlərin dərslərə buraxılmaması ilə bağlı artan narazılıq və boykotlar fonunda, ölkə üzrə Instagram və TikTok-a giriş məhdudiyyətləri tətbiq edilib. Məktəb binaları qarşısındakı etiraz və boykot görüntülərinin sosial şəbəkələrdə geniş yayılmasından sonra tətbiq olunan giriş bloklaması səbəbindən istifadəçilər VPN xidmətlərinə üz tutublar.
Ər-Riyad beynəlxalq aeroportu hələ bir müddət fəaliyyətsiz qalacaq
Paytaxt Ər-Riyad şəhərində yerləşən Kral Xalid Beynəxalq Hava Limanı fəaliyyətini hələ bir müddət davam etdirməyəcək.
Xarici media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsindən bildirilib.
Uçuşların konkret olaraq nə zamandan bərpa ediləcəyinə dair tarix elan edilməyib.
İsrailin şimalında sursat partlayıb, 12 turist xəsarət alıb
İsrailin şimalında, Livan sərhədi yaxınlığındakı Neot Mordexay ərazisində partlamamış sursatın detonasiya etməsi nəticəsində təxminən 12 turist xəsarət alıb.
Bu barədə “The Times of Israel” məlumat yayıb.
Xəsarət alanlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumatlarda hadisənin səbəbinin partlamamış hərbi sursat ola biləcəyi qeyd olunur.
Məktəblərdə vahid geyim qaydalarının tətbiqi ilə bağlı yaranan insidentlər üzrə 37 nəfərin saxlanıldığı açıqlanıb
Daxili İşlər Nazirliyi (DİN) dövlət məktəblərində vahid geyim qaydalarının tətbiqi ilə bağlı yaranan insidentlər üzrə 37 nəfərin saxlanıldığını açıqlayıb.
Nazirlik iddia edir ki, Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı “təhsil işçiləri ilə münaqişə yaradıb, təhsil müəssisələrinə zərər vurub və məktəblərin normal fəaliyyətinə mane olmağa cəhd edib”.
Aynur Elgünəşin səhhətində ciddi problemlərin yarandığı bildirilir
MeydanTV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin səhhətində ciddi problemlərin yarandığı bildirilir. Bu barədə jurnalistin yaxınları məlumat yayıb.
MeydanTV-nin xəbərinə görə, A.Elgünəş oktyabrın 8-də cəzaçəkmə müəssisəsində ultrasəs müayinəsindən (USM) keçib: "Ötən ay həkim onun böyrəyində 14 mm-lik daş aşkarlandığını, həmin daşın orqanı zədələdiyini və genişlənməyə yol açdığını bildirmişdi. İndi isə daş ovularaq 11 mm-ə düşüb. Ancaq sən demə, daş artıq böyrəyə ciddi zərər vurub".
Baş nazir: “ABŞ Rusiyadan dizel alır, sanksiyalara qoşulmamaqla düzgün qərar vermişik”
Baş nazir İrakli Kobaxidze Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğunu bildirib.
Baş nazir bu barədə jurnalistlərin ABŞ-ın Rusiya dizelinə tətbiq olunan məhdudiyyətləri yumşaltması ilə bağlı sualını cavablandırarkən danışıb.
Kobaxidzenin sözlərinə görə, ABŞ-ın bu addımı Gürcüstanın vaxtilə Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının əsaslı olduğunu bir daha göstərir:
Hörmüz boğazında 750 min barel neft daşıyan tanker minaya düşüb
Hörmüz boğazında göyərtəsində 750 min barel neft olan tanker dəniz minasına düşüb.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"750 min barel neft daşıyan tanker SEPAH Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayaraq icazə verilməyən marşrutla hərəkət etməyə cəhd göstərib. Nəticədə dəniz minasına düşüb. Partlayış baş verib və güclü yanğın yaranıb", - deyə məlumatda qeyd olunub.
Valideynlərə və şagirdlərə müraciət! Halal olsun o şagirdlərə ki... Hacı Elgün Axund - VİDEO
Torontoda hicab qadağasına etiraz aksiyası keçirilib
Kanadanın Toronto şəhərində yerləşən Azərbaycan Evinin qarşısında Müsəlman Birliyi Hərəkatının (MBH) üzvlərinin təşkilatçılığı ilə Azərbaycanda hicabla bağlı tətbiq edildiyi bildirilən qadağa və məhdudiyyətlərə etiraz aksiyası keçirilib.
"Mançester Siti" "Liverpul"u məğlub etdi
İngiltərə Premyer Liqasında VI turun mərkəzi oyunu keçirilib.
"Liverpul" evdə "Mançester Siti" ilə qarşılaşıb.
Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda "şəhərlilər" 18 xalla turnir cədvəlinə başçılıq edir. Mersisayd təmsilçisi isə 9 xalla doqquzuncudur.
İsraildə mer və arvadı tutuldu: Bütün şəhəri satıblarmış…
İsraildə rüşvətxorluq və dələduzluqla bağlı genişmiqyaslı əməliyyat keçirilib. Kfar-Saba şəhərinin meri Rafi Saar, onun həyat yoldaşı Meytal və daha 22 nəfər saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşı baş verənləri “Sanki şəhəri satıblar” sözləri ilə qiymətləndirib.
Təhqiqat materiallarına əsasən, şəhər rəhbərliyi müəyyən biznesmenlərin xeyrinə dövlət tenderlərini (layihə sifarişlərini) saxtalaşdırıb və bunun müqabilində böyük məbləğdə nağd rüşvət alıb.
Zelenskinin ABŞ-a bel bağlamasının nəticəsi nə oldu?
Vaşinqtonun Moskva ilə yanacaq sahəsində əldə etdiyi razılaşma və Trampın Ukrayna prezidentinə qarşı sərt çıxışları ABŞ-ın vədlərinin etibarlılığı ilə bağlı şübhələr yaratdı.
10 oktyabr 2026-cı il, şənbə günü Donald Tramp Ukrayna prezidentinə qarşı sərt ifadələr işlətdi və ölkəyə yeni liderin seçilməsi çağırışını etdi. Bu bəyanatlar, Zelenskinin Tramp və Vladimir Putin arasında Rusiya dizelinin ixracı ilə bağlı elan edilmiş razılaşmanı tənqid etməsindən sonra səsləndirildi.
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regionda gərginliyi müzakirə ediblər
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud və İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.
Bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
“Tərəflər regionda son gərginləşmə hallarını və bununla bağlı görülən tədbirləri müzakirə ediblər”, – nazirliyin açıqlamasında qeyd olunub.













