03 October 2026

İsrailin Qəzzaya hücumları davam edir

"Shehab" Xəbər Agentliyinin məlumatına görə, Fələstin mənbələri İsrail döyüş təyyarələrinin Qəzə üzərində intensiv uçuşlar həyata keçirdiyini bildirib. Mənbələr qeyd edib ki, İsrailin hərbi texnikası Cəbaliya Qaçqınlar Düşərgəsinin və Qəzə şəhərinin şərqindəki ərazilərdə manevrlər edir və atəş açır. İşğalçı qüvvələrə məxsus hərbi texnikanın həmçinin Büreyc Qaçqınlar Düşərgəsinin şimal-şərqində hərəkət etdiyi bildirilib.

“Qazprom”: Avropanı çətin payız-qış mövsümü gözləyir

Avropa ölkələrində qarşıdan gələn ağır payız-qış mövsümü ərəfəsində yeraltı qaz anbarlarının (YQA) doluluq səviyyəsi üzrə antirekord göstəricilər qeydə alınır.

“TASS” xəbər verir ki, bunu “Qazprom”un rəhbəri Aleksey Miller bildirib.

“Avropa İttifaqı ölkələri ağır payız-qış mövsümü ərəfəsində qaz sahəsində tarixi antirekordlar nümayiş etdirir”, - Aleksey Miller qeyd edib.

Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib.

Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik.

Masallının Bambaşı kənd məktəbində hicabla bağlı məsələ həll olunub

Masallı rayonu Bambaşı kəndində yerləşən Cavanşir Qasımov adına Bambaşı kənd tam orta məktəbində hicabla bağlı məhdudiyyət aradan qaldırılıb.

Məsələ ilə bağlı aparılan son dəqiqləşdirmələrə əsasən, məktəbdə hicabla bağlı yaranmış problem artıq həll olunub. Hazırda təhsil müəssisəsində şagirdlərin hicabla məktəbə daxil olmasına dair hər hansı qadağanın olmadığı bildirilir.

Siyasi məhbus həbsxanadan hicab qadağasına etirazını bildirdi

 

Bismillahir-Rəhmanir-Rəhim

“Allah və Onun elçiləri ilə düşmənçilik edənlər özlərindən əvvəlkilər xar və rüsvay olduqları kimi, xar və rüsvay olacaqlar.” (Mücadilə 5)

Allahın ayələrində ibrət götürmək üçün nə gözəl örnəklər vardır.

Sözümüz və etirazımız Təhsil Nazirliyinə və aidiyyəti qurumlarda olan şəxslərədir.

Həkim: İran və İraq arasındakı bütün hava limanlarının uçuşlar üçün açılmasını istəyirik

İraq Milli Hikmət Hərəkatının lideri İran ilə Nəcəf arasında gündəlik 40 uçuşun həyata keçirilməsi ilə bağlı əldə edilən razılaşmadan məmnunluğunu ifadə edib və bütün hava limanlarının yenidən açılmasına çağırıb.

İraq Milli Hikmət Hərəkatının lideri Seyid Əmmar əl-Həkim, İran ilə Nəcəf Beynəlxalq Hava Limanı arasında uçuşların bərpası istiqamətində İraq hökumətinin göstərdiyi səyləri və İraqın Baş naziri Əli Faleh əl-Zaidinin bu məsələni nəzarətdə saxlamasını yüksək qiymətləndirib.

Müqavimət İraq daxilində hərbi əməliyyatları dayandırmaq öhdəliyini elan edib

İraq müqavimət qrupları xarici hərbi varlığın sona çatmasını təbrik edərək, İraq daxilində hərbi əməliyyatların dayandırılmasına sadiq olduqlarını bəyan ediblər.

“Ənsarullah əl-Övfıya” hərəkatının baş katibi şeyx Heydər əl-Ğərravi cümə axşamı günü verdiyi bəyanatda hərəkatın Silahlı Qüvvələrin Ali Baş Komandanının suverenliyin tam bərpası və razılaşdırılmış cədvələ uyğun olaraq İraq daxilində hərbi əməliyyatların bitirilməsi ilə bağlı bəyanatındakı bəndlərə sadiq qaldığını təsdiqləyib.

Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib

Oman sahillərindən təxminən 4 dəniz mili şərqdə xam neft tankeri naməlum mərmi ilə vurulub.

Bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Məlumata görə, tanker Hörmüz boğazından çıxış istiqamətində hərəkət edərkən zərbəyə məruz qalıb. Zərbədən sonra gəmidə kiçik yanğın və elektrik enerjisinin kəsilməsi baş verib. Yanğın daha sonra söndürülüb və tanker hərəkətini davam etdirib.

Azərbaycan ordusunun Ermənistanda saxlanılan əsgəri barəsində həbs qətimkan tədbiri seçilib

Ermənistanda saxlanılan, Azərbaycan ordusunun əsgəri Nəsimi Musayev barəsində həbs qətimkan tədbiri seçilib.

Oktyabrın 2-də Ermənistanın İstintaq Komitəsinin yaydığı məlumata görə, yerli məhkəmə əsgər barəsində 2 aylıq həbs qərarı çıxarıb.

Azərbaycanlı futbolçular məktəblərdə hicab qadağasına etiraz edirlər

Sosial şəbəkələrdə etdikləri paylaşımlarla bir qrup azərbaycanlı futbolçu ölkədə son günlər hicabla bağlı yaranan gərginliyə münasibət bildiriblər. Futbolçular — Musa Qurbanlı, Toral Bayramov, Rza Cəfərov, Şahruddin Məhəmmədəliyev və başqaları məktəbli qızlara tətbiq olunan hicab qadağasına etiraz edirlər.