14 September 2026

“Index on Censorship” Azərbaycanda müstəqil mediaya qarşı müəllif hüquqları hücumlarından yazıb

Söz azadlığını müdafiə edən beynəlxalq “Index on Censorship” təşkilatı Azərbaycanda müstəqil media və jurnalistlərə qarşı müəllif hüquqları şikayətlərindən yeni təzyiq vasitəsi kimi istifadə olunmasından yazıb.

Təşkilatın “Müəllif hüquqlarının silaha çevrilməsi: söz azadlığı uğrunda yeni mübarizə meydanı” başlıqlı məqaləsində bildirilir ki, əslində müəllifləri və jurnalistləri qorumaq üçün nəzərdə tutulan müəllif hüquqları mexanizmləri tənqidi materialların internetdən silinməsi üçün istifadə olunur.

İsrail Livana yeni hücum dalğası həyata keçirib

Atəşkəs və çərçivə sazişinə baxmayaraq, sionist işğalçılar Livana hücumlarını davam etdirirlər. Nəbatiyyə və Tir ətrafındakı bəzi ərazilər artilleriya atəşinə tutulsa da, işğalçıların bəzi evləri yandırdığı və bölgədə partlayışlar törətdiyi bildirilir.

Livan Səhiyyə Nazirliyi son açıqlamasında 2 martdan bəri sionist işğalçıların ölkəyə qarşı həyata keçirdiyi hücumlarda ən azı 4383 nəfərin həyatını itirdiyini açıqlayıb.

Yəmən Ordusu Səudiyyənin “Kral Xalid” hərbi hava bazasına geniş əməliyyat keçirib

“Ənsarullah”ın rəhbərlik etdiyi Yəmən Silahlı Qüvvələri Səudiyyə Ərəbistanının Xəmis Müşeyt şəhərində yerləşən “Kral Xalid” hərbi hava bazasına qarşı genişmiqyaslı xüsusi əməliyyat keçirib.

Bu barədə Yəmənin “Al-Masirah” şəbəkəsi məlumat yayıb.

DTX tərəfindən saxlanılan "Çevik" həbs edilib

Bir müddətdir sosial media üzərindən “Allah yoxdur” şüarı ilə dini dəyərlər və inanclıların təhqiri ilə gündəmə gələn “Çevik” ləğəbli Məqsəd Məcid oğlu Bağırov həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan “blogger” barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilib.

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib.

“The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib.

Daha bir MBH üzvü azadlığa buraxılıb

Sentyabrın 13-də Müsəlman Birliyi Hərəkatının üzvü Həsən Abbaszadə azadlığa çıxıb. İnanclı məhkəmənin qərarı ilə vaxtından əvvəl azadığa buraxılıb.
Abbaszadə Həsən Ceyhun oğlu 2023-cü ilin sentyabrın 11 də saxlanılmışdı. O, inanclıların kütləvi həbsləri fonunda həbs edilmiş və barəsində saxta narkotik ittihamı irəli sürülmüşdü.
Məhkəmə 23 oktyabr 2024-cü il tarixdə onu ittihamla müqəssir bilərək 3 il müddətinə azadlıqdan məhrum etmişdi.

İran XİN sözçüsü: Səudiyyə Ərəbistanı Oman görüşünün keçirilməməsini istəyib

İran və Oman arasında anlaşma yekunlaşıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün Omanda keçirilməsi planlaşdırılan görüşlə bağlı açıqlama verib.

Bəqai bildirib ki, İran və Oman arasında əldə olunan anlaşma iki dövlətə aiddir və məsələnin bütün aspektləri həftələrlə davam edən müzakirələrdən sonra razılaşdırılıb. Onun sözlərinə görə, bu məsələ Oman görüşündə müzakirəyə çıxarılmalı idi.

Avstriyada 14 yaşdan kiçik qızların hicab taxmasına qoyulan qadağa dini azadlıq müzakirələrini yenidən alovlandırdı

 

Avstriyada 1 sentyabrdan etibarən dövlət və özəl məktəblərdə 14 yaşdan kiçik qızların hicab taxması qadağan edilib. Qadağaya əməl etməyən valideynlər 150 ilə 800 avro arasında cərimə ilə üzləşə bilərlər.

1 sentyabrda Avstriyada 2026/27 tədris ilinin başlaması ilə 14 yaşdan kiçik qızlar üçün bu yaxınlarda qüvvəyə minən hicab qadağası ilə bağlı müzakirə yenidən alovlanıb.

Məhbus media vasitəsi ilə müraciət ünvanladı: “Ailə vəziyyətimin agır, özüm 3-cü qrup ömürlük əliləm...”

Yazıb sizə bildirirəm ki mən İbrahimov Elşad Mehti oğlu 11. 05. 1987 - ci ildə İmişli rayonunda anadan olmuşam. 12. 05. 2017 - ci il tarixində 29.122.4 maddəsi ilə 11 il 3 ay müddətində azadlıqdan məhrum olunmuşam. Hal-hazirda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkirəm. Cəza çəkdiyim müddət ərzində heç bir nizam intizam qaydasini pozmamışam. Barəmdə heç bir tənbeh tədbirləri görülməyib. Zərərçəkmiş şəxs ilə barışmışam. Mənə qarşı heç bir şikayəti tələbi yoxdur.

Haaretz: Husilər Yaxın Şərq xəritəsini yenidən çəkirlər və Səudiyyə Ərəbistanı iki çətin seçimlə üzləşir

Haaretz qəzeti Səudiyyə Ərəbistanının Husilərlə getdikcə daha çətin problemlərlə üzləşdiyini bildirən bir məqalə dərc edib. Bu vəziyyət regionda inkişafların davam etdiyi və ABŞ-ın bu qrupa qarşı mübarizədə birbaşa iştirakının və müdaxiləsinin azaldığı bir vaxtda baş verir.