21 June 2026

Bəhreyn vətəndaşlarımızı gözlətməyək

"Mövcud sənədlərin və dəlillərin Bəhreynin İran ərazisinin bir hissəsi olduğunu açıq şəkildə göstərdiyi və bu bölgənin Məhəmməd Rza Şahın İngiltərə və ABŞ ilə birgə sui-qəsd nəticəsində materikdən ayrıldığı iddia edildiyi bildirilib."

Keyhan qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari məqaləsində Bəhreynin ABŞ və İsrail üçün bazaya çevrildiyini və bəhreynlilərin İrana qoşulmaq istədiyini vurğulayıb:

İran XİN: ABŞ-la yekun saziş üzrə danışıqlar beş bənd icra olunmadan başlamayacaq

ABŞ-la yekun saziş üzrə danışıqlar beş bənd icra olunmadan başlamayacaq. "Mehr" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

İsmayıl Bəqai deyib ki, ABŞ-la memorandum imzalandıqdan dərhal sonra İran onun icrası istiqamətində fəaliyyətə başlayıb:

ABŞ İranla sülh sazişində münaqişə boyu “qırmızı xətt” kimi müəyyən etdiyi bir sıra məsələlərdən geri addım atıb

İyunun 17-də ABŞ və İran nəyahət ki, aralarındakı münaqişəni bitirmək barədə anlaşma memorandumu imzaladı.

Sənədi ayrı-ayrılıqda ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian imzalayıb.

14 bənddən ibarət olan və üzərində aylardır danışıqlar gedən sənəd ABŞ ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Trampın mənsub olduğu Respublikaçılar partiyasından olan xeyli Konqres üzvləri və siyasi şərhçilər bunu İranın qələbəsi kimi qiymətləndirdi.

SEPAH: Hörmüz boğazı bağlanıb

SEPAH Hərbi Dəniz Qüvvələri Livana hücumların davam etməsinə görə Hörmüz boğazının bağlandığını açıqlayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Livanda İsrailin hücumlarının davam etməsi və ABŞ-ın atəşkəsin təmin olunması ilə bağlı öhdəliklərini pozmasına cavab olaraq Hörmüz boğazının bütün gəmilər üçün bağlandığını bəyan edib.

"Al Jazeera"nın jurnalisti Qəzzada İsrailin aviazərbələri nəticəsində öldürüldü

"Al Jazeera"nın müxbiri İsrailin Qəzza zolağının mərkəzinə endirdiyi aviazərbə nəticəsində həlak olub.

Bu barədə Qətər telekanalının bəyanatında deyilir.

"Əhməd Vişah Qəzza zolağının mərkəzi hissəsində yerləşən Əl-Bureyc qaçqın düşərgəsindəki yaşayış binasına İsrailin aviazərbəsi nəticəsində öldürülüb", - "Al Jazeera"da qeyd edilib.

İsrail Suriyanın cənubunda irəliləyir

İsrail qüvvələri Suriyanın Dera vilayəti yaxınlığında irəliləyib, hərbçilər qərbdə yerləşən Yərmuk hövzəsi ərazisinə daxil olaraq bir sıra fərdi yaşayış evlərində axtarış aparıblar.

Bu barədə “Al Jazeera“ məlumat yayıb.

Xatırladılır ki, İsrail 2024-cü ildə Colan yüksəkliklərində yeni ərazilərə nəzarəti ələ keçirərək işğal edib. Bu hadisə həmin ilin dekabr ayında müxalif qüvvələrin sürətli irəliləyişi nəticəsində Bəşər Əsəd hökumətinin devrilməsindən sonra baş verib.

Akif Qurbanov: “Polisin ofislərə və evlərə qoyduğu pullar qaçaqmalçılığın sübutu kimi təqdim edilib”

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov ona qarşı irəli sürülən ittihamlar və məhkəmə prosesi ilə bağlı ictimaiyyətə açıqlama verib.

Açıqlamanı olduğu kimi təqdim edirik:

Hakimiyyət bizim işdə iddianı üç əsas üzərində qurmuşdu.

Polisin öz əli ilə ofislərə və evlərə qoyduğu pullar guya qaçaqmalçılığın sübutudur.