25 May 2026

Minlərlə pakistanlı şiə BƏƏ-dən çıxarılır – Hüquq təşkilatları araşdırmaya başladı

“Reuters” agentliyinin yaydığı məlumata görə, son aylarda Birləşmiş Ərəb Əmirliklərindən Pakistan vətəndaşlarının geri göndərilməsi ilə bağlı məlumatlar artıb.

Materialda qeyd olunur ki, bəzi şəxslər deportasiya qərarlarının dini mənsubiyyətlə əlaqəli olduğunu iddia edirlər.

Məlumata görə, beynəlxalq hüquq müdafiə qurumları yayılan məlumatları araşdırmağa başlayıb.

Qəzzaya yardım aparan fəallarla davranışına görə Fransa israilli nazirin ölkəyə girişini qadağan edib

Fransa İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Gvirin ölkəyə girişini qadağan edib.

Qərar Ben-Qvirin mayın 20-də sosial şəbəkələrdə paylaşdığı və Qəzzaya yardım aparmağa çalışan “Sumud” flotiliyasının saxlanılan iştirakçılarının əks olunduğu videodan sonra qəbul edilib.

Son günlər DSX-də baş verən ölüm xəbərləri diqqət çəkir: Daha bir əsgərin vəfatı bildirildi

Dövlət Sərhəd Xidmətinin əsgəri Ramin Cəbrayılovun vəfat etdiyi barədə məlumat yayılıb.

Məlumat mərhumun yaxınları tərəfindən sosial şəbəkələrdə paylaşılıb. Hazırda hadisənin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

Son dövrlərdə hərbi xidmət zamanı baş verən ölüm xəbərləri ictimaiyyətdə narahatlıq və diqqət yaradıb.

Ramil Babayev yenidən aclıq aksiyasına başlayıb

"Toplum TV işi" üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev yenidən aclıq aksiyasına başlayıb.

Bu barədə o, yaxınları vasitəsilə "Toplum TV"-yə məlumat verib.

Daha öncə aprelin sonunda aclıq aksiyasına başlamış R.Babayev 8 gündən sonra aksiyasına müvəqqəti fasilə vermişdi. O, bunu saxlanıldığı Bakı İstintaq Təcridxanasının (BİT) rəhbərliyi tərəfindən tələblərinin yarıdan çoxunun təmin edilməsi ilə izah etmişdi.

Zəvvarlar Mina vadisinə axın edir

Bu gün - qəməri təqvimlə Zilhiccə ayının 8-də Hacc ziyarətini yerinə yetirən zəvvarların Mina vadisinə gedişi tamamlanır.

Tərviyə günü kimi tanınan bu mərhələ hacc ibadətinin əsas hissələrindən biri hesab olunur və müsəlmanlar bu ənənəni Həzrət Məhəmmədin (s) sünnəsinə uyğun şəkildə yerinə yetirirlər.

Səudiyyə Ərəbistanının səhiyyə qurumları hacc mövsümündə epidemioloji vəziyyətlə bağlı məlumat yayıb.

İsrail aviasiyasının Livana zərbələri nəticəsində 11 nəfər ölüb

İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı Nəbatiyyə vilayətinə endirdiyi zərbələr nəticəsində 11 mülki şəxs həlak olub.

Bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrail təyyarələri Sir əl-Qarbiyyə yaşayış məntəqəsində üçmərtəbəli yaşayış binasını bombalayıb.

Nəticədə bir uşaq və altı qadın daxil olmaqla 11 nəfər ölüb, daha 9 nəfər yaralanıb. Yaralananlar arasında dörd uşaq və bir qadın var.

Azərbaycan Premyer Liqasında mövsümə yekun vuruldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.

XXXIII turun son oyun günündə bir qarşılaşma keçirilib. “İmişli” Quba Olimpiya İdman Kompleksinin stadionunda “Karvan-Yevlax”ı qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə bitib.

“İmişli” turnir cədvəlində 34 xalla 9-cu pillədə qərarlaşıb. Premyer Liqanı tərk etməsi dəqiqləşən “Karvan-Yevlax” isə 15 xalla sonuncu – 12-ci sırada yer alıb.

ABŞ-İran razılaşması xəbəri neft qiymətlərində enişə səbəb oldu

ABŞ-la İran arasında Hörmüz boğazının açılmasını nəzərdə tutan razılaşmanın yaxın olması xəbərləri dünya bazarında neft qiymətlərinin kəskin ucuzlaşmasına səbəb olub.

Londonun ICE birjasında Brent markalı neftin iyul fyuçersləri 1 barel üçün 5 dollarda çox ucuzlaşıb və 99 dollardan aşağı enib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin iyul fyuçersləri üzrə qiymət isə 92 dollardan aşağı enib.

Qiymət enişi davam edir.

Azərbaycanda Qurban bayramı və namazının vaxtı açıqlanıb

AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 27 may tarixinə təsadüf edəcək.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qurban kəsimi yalnız Məkkədə kəsilməsi vacibdir. Digər kəsimlər müstəhəbb (bəyənilmiş) hesab olunur. Qurbanlar 27 may tarixindən başlayaraq 3 gün ərzində kəsilir.

“Silahsızlanma planını qəbul etməyəcəyik”

Hizbullahın baş katibi Şeyx Nəim Qasim müqavimət və azadlıq gününün 26-cı ildönümü münasibətilə çıxış edib.

O, çıxışında Livanın daxili siyasi vəziyyəti, təhlükəsizlik məsələləri və regionda baş verən hadisələrə toxunub.

Şeyx Qasim bildirib ki, müqavimət prosesində iştirak edən bütün tərəflər əldə olunan nəticələrin bir hissəsidir.