“Mançester Yunayted” “Liverpul”u məğlub etdi, “Tottenhem” vacib qələbə qazandı
Futbol üzrə İngiltərə Premyer Liqasında XXXV turun daha 3 oyunu keçirilib.
Turun mərkəzi görüşündə "Mançester Yunayted" öz meydanında "Liverpul"u qəbul edib. Görüş "qırmızı şeytanlar"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Mançester təmsilçisinin heyətində qolları Mateus Çunya, Benjamin Şeşko və Kobbi Meyno vurublar. Qonaqlardan isə Dominik Soboslai və Kodi Qakpo fərqləniblər.













