24 April 2026

BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib

Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi məruzəçiləri və işçi qrupu “Abzas Media”nın həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova barədə Azərbaycan hökumətinə sorğu göndərib. 

Bu barədə aprelin 24-də “Abzas Media” məlumat yayıb yayıb.

BMT: 2023-2025-ci illər arasında Qəzzada hər gün 47 qadın və qız öldürülüb

Qadınlar ailə başçısı olmaqdan tutmuş mənzil və torpaq hüquqları ilə bağlı çətinliklərlə üzləşməyə, əsas səhiyyə xidmətlərinə və doğum sağlamlığı xidmətlərinə məhdud çıxışa qədər müharibədən qeyri-mütənasib şəkildə necə təsirlənirlər? BMT Qadınlar Təşkilatının son hesabatı olan "Qəzzada müharibənin qadınlar və qızlar üçün dəyəri"nə görə, 2023-cü ilin oktyabrından 2025-ci ilin dekabrına qədər Qəzzada 38.000-dən çox qadın və qız öldürülüb.

Finalda "Bavariya"ya rəqib oldular

Futbol üzrə Almaniya Kubokunda ikinci finalçı da bəlli olub.

Yarımfinalda "Frayburq"a 2:1 hesabı ilə qalib gələn "Ştutqart" həlledici görüşə vəsiqə qazanıb.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. 119-cu dəqiqədə vurulan qolla qələbə qazanan "Ştutqart" finalda "Bavariya"nın rəqibi olub.

Qeyd edək ki, Almaniya Kubokunda həlledici qarşılaşma mayın 23-də keçiriləcək.

İraq Ayətullah Seyid Məhəmməd Sadiq Sədrin şəhadətinin 28-ci ildönümünü anır

İraq Ayətullah Seyid Məhəmməd Sadiq Sədrin və iki oğlunun şəhadətinin 28-ci ildönümünü anıb. Rəsmilər və icma liderləri Sədrin sosial oyanışda və diktaturaya qarşı müqavimətdə öncül rolunu vurğulayıblar.

İraq prezidenti Sədri xalqın səsi və diktaturaya qarşı müqavimətin simvolu kimi təsvir edərək, onun prinsiplərindən dönmədən şəhadətə çatdığını bildirib. Baş nazir Sədrin birləşdirici çıxışı ilə bütün İraq xalqına müraciət etdiyini və buna görə də rejim tərəfindən ciddi təhlükə kimi görüldüyünü söyləyib.

Dövlət Komitəsinin sədri İran səfiri ilə görüşüb

Aprelin 23-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İran arasında dini sahədə əməkdaşlıq məsələləri, qarşılıqlı əlaqələrin inkişaf perspektivləri və regionda dini sabitliyin qorunmasının əhəmiyyəti müzakirə olunub.

“Əxlaq” pərdəsi altında nəzarət güclənir?

Azərbaycanda internetdə “milli-mənəvi dəyərlərə zidd” hesab edilən ifadələrin yayılmasını qadağan edən qanun dəyişiklikləri qüvvəyə minib. Bu dəyişikliklərə əsasən, sosial şəbəkələrdə paylaşılan bəzi məzmunlara görə istifadəçilər cərimə və ya inzibati həbs ilə üzləşə bilər.

Cəzalar 500–1000 manat arası cərimə və ya 30 sutkayadək həbs, təkrar hallarda isə daha sərt sanksiyalar nəzərdə tutur. Qanun qüvvəyə mindikdən sonra artıq bir neçə nəfər məsuliyyətə cəlb olunub.

Azərbaycana məxsus 5 gəmi Aİ-nin sanksiya siyahısından çıxarılıb

Avropa İttifaqı Şurasının 23 aprel 2026-cı il tarixli müvafiq qərarı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Zaqatala” gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” gəmilərinə tətbiq edilmiş sanksiyalar ləğv olunub. Qərara əsasən, sözügedən gəmilər Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb.

“Dövlətdən kənar dövlət” – 17 saylı Cəzaçəkmə Müəssisəsindən məhbusların ifşası (5-ci hissə)

Səhiyyə problemi – rüşvət və işgəncə qurbanları tibbi yardımdan qorxur

17 saylı Cəzaçəkmə Müəssisəsində tibbi xidmət acınacaqlı vəziyyətdədir. Rüşvət verilmədikdə ya xidmət göstərilmir, ya da işçilər qəzəblənərək xəstəyə oyun açır. Səhiyyə Nazirliyindən gələn dərmanlar pul qarşılığında satılır, pullu xəstə olmayanlar isə dərmansız qalır.