31 March 2026

İranın Dubaya raket və pilotsuz uçuş hücumu: Küveytin tanker də hədəfdə olub

Çərşənbə axşamı səhəri Dubayda ən azı 5 partlayış baş verib. BƏƏ hakimiyyəti təhlükəyə qarşı "aktiv cavab"ın aparıldığını elan edərkən sakinlər sığınacaqlara qaçıblar.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki Euronews müxbirlərinin məlumatına görə, çərşənbə axşamı səhəri İran tərəfindən başladılan raket və pilotsuz təyyarə hücumları şəhəri ən azı 5 böyük partlayışla silkələyib.

Ağa-Əli Yəhyayevin işi üzrə Ali Məhkəmədə iclas başlayır

Ağa-Əli Yəhyayevin işi üzrə Ali Məhkəmədə iclas başlayır – kassasiya instansiyası 6 il həbs hökmünü müzakirə edəcək

Bu gün saat 12:00-da Azərbaycan Respublikasının Ali Məhkəməsində Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağa-Əli Yəhyayevə qarşı cinayət işi üzrə məhkəmə iclası keçiriləcək. Kassasiya instansiyasında baxılacaq iş üzrə Yəhyayevin vəkilliyini Zibeydə Sadıqova həyata keçirir.

İsraildə "Dəmir Qübbə" kimi raket və müdafiə sistemləri istehsal edən mərkəzlər vurulub

İsrailin infrastruktur mərkəzləri İran ordusunun pilotsuz uçuş aparatlarının (PUA) hücumunun hədəfi olub.

SNNTV xəbər verir ki, bu barədə İran ordusunun bəyanatında qeyd edilib.

"Müxtəlif növ döyüş PUA-larından istifadə edərək Nof ha-Galil sənaye şəhərində və Təl-Əvivdə "Elbit Systems", "Kanfit" infrastruktur mərkəzlərini, müdafiə-hücum sistemlərinin istehsalı müəssisəsinə hücum etmişik", - bəyanatda bildirilib.

İsraildə son sutkada hücumlarda 121 nəfər yaralanıb

İsraildə son sutkada İran və Hizbullahın hücumlarında 121 nəfər xəsarət alara xəstəxanaya yerləşdirilib.

Bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralananlardan 106 nəfərin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.

Beləliklə müharibə başlayandan - fevralın 28-dən bəri İsrailə hücumlarda xəsarət alanların sayı 6131 nəfərə çatıb.

İspaniya ABŞ və İsrailə hava məkanını bağladı

İspaniya hava məkanını ABŞ və İsrailin İrana qarşı əməliyyatı ilə əlaqəli uçuşlar üçün bağlayıb.

Bu barədə "El País" qəzeti məlumat yayıb. 

"Biz İrandakı müharibə ilə əlaqəli fəaliyyətlər üçün hərbi bazalardan və ya hava məkanından istifadəyə icazə vermirik", - deyə İspaniyanın müdafiə naziri Marqarita Robles bildirib.

KİV: İordaniya kralı Netanyahu ilə görüşməkdən imtina edib

İsrailin Baş naziri Binyamin Netanyahu İordaniya kralı II Abdullah ilə görüşmək istəsə də, İordaniya tərəfi bundan imtina edib.

Bu barədə İsrailin Kan dövlət televiziyası məlumat yayıb.

Məlumata görə Netanyahunun ofisi İranla qarşıdurma başlamazdan əvvəl iki lider arasında görüş təşkil etmək xahişi ilə Ammanla əlaqə saxlayıb.

Müqtəda əs-Sədr İraqı kütləvi etiraz aksiyaları keçirməyə çağırıb

İraqdakı Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr İraq xalqını ABŞ-İsrail hücumlarına etiraz olaraq ölkə daxilində nümayişlər keçirməyə çağırıb.

Sədr etnik mənsubiyyətindən və siyasi baxışlarından asılı olmayaraq bütün İraq xalqını gələn şənbə günü ölkənin bütün əyalətlərində nümayişlər keçirməyə dəvət edib.

Bu nümayişlərin məqsədinin "ABŞ-Sionistlərin İrana hücumunu pisləmək" və "bölgədə sülh tələb etmək" olduğu bildirilib.

İsraildə fələstinlilər üçün edam cəzası qəbul edilib

İsrail parlamenti həbs edilən fələstinlilər üçün edam hökmünün tətbiqini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.

Məsələ müzakirə üçün Knessetin komitələrinə göndəriləcək, bundan sonra o, plenar iclasda ikinci və üçüncü oxunuşdan keçməlidir.

Bildirilir ki, bu hökm İsrail vətəndaşını öldürən fələstinlilərə şamil ediləcək.

BMT-yə təqdim olunan bəyanat: “Azərbaycanda işgəncə və hüquq pozuntuları sistemli xarakter daşıyır”

BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyasında Azərbaycanda işgəncə və insan hüquqlarının pozulması ilə bağlı yazılı bəyanat təqdim olunub. Sənədi xüsusi məşvərətçi statusuna malik qeyri-hökumət təşkilatı “Institute for Human Rights” təqdim edib.