08 March 2026

“ABŞ-da kahin istismarı qalmaqalı: Uşaqlara qarşı illərdir sübut edilən cinayətlər”

ABŞ-ın Rod-Aylend ştatında çoxsaylı keşişlərin on illərdir uşaqlara qarşı zorakılıq etdiyi aşkarlanıb.

“New York Times” qəzetinin məlumatına görə, Rod-Aylend Baş Prokuroru Peter F. Neronhanın dərc etdiyi hesabatda bildirilir ki, ştatdakı katolik kilsələrində xidmət edən çoxsaylı keşiş yüzlərlə uşağa qarşı cinsi istismar iddiaları ilə üzləşir.

İtaliya da ABŞ-a İrana qarşı hərbi bazaları bağladı

Daha bir ölkə ABŞ və İsrailin İrana qarşı hücumlarına cavab olaraq bazalarını bağlayıb.

İspaniyanın bazalarını Amerika döyüş təyyarələri üçün bağlamasından sonra NATO-nun digər mühüm müttəfiqi İtaliya da oxşar addım atıb.

İtaliyanın Baş naziri Meloni Yaxın Şərqdə artan gərginlik qarşısında ehtiyatlı bir yanaşma tətbiq edəcəklərini bildirib və İtaliya ərazisinin və hərbi bazalarının İrana qarşı hücumlarda istifadəsinə qətiyyən icazə verilməyəcəyini açıqlayıb.

Almaniyanın vitse-kansleri: Yaxın Şərqdəki münaqişə bizim müharibəmiz deyil

Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbayl bildirib ki, Berlin İranda baş verən hərbi eskalasiyada iştirak etməyi planlaşdırmır.

Bu barədə "Politico" məlumat yayıb.

O qeyd edib ki, İran hökumətini “terrorçu rejim” hesab etsə də, hava zərbələrinin problemin uzunmüddətli həllinə gətirib çıxaracağına və beynəlxalq hüquqa uyğun olub-olmadığına dair ciddi şübhələri var.

Livana hücumlar nəticəsində 41 nəfər ölüb

İsrailin Livanın şərqində yerləşən Nəbi Şit qəsəbəsinə endirdiyi hava zərbələri nəticəsində azı 41 nəfər ölüb, 40 nəfər isə yaralanıb.

BBC xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölənlər arasında Livan ordusunun üç hərbçisi də var. Hadisə İsrail qüvvələri ilə qəsəbədəki silahlı qruplar arasında baş verən toqquşmalar fonunda baş verib.

Cüdoçumuz Türkiyədə bürünc medal qazandı

Türkiyənin Antalya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna start verilib. 

İlk yarış günündə Azərbaycan milli komandasının bir üzvü fəxri kürsüyə qalxıb.

- 48 kq çəki dərəcəsində tatamiyə çıxan Könül Eyvazlı üçüncü yeri tutub. O, həlledici görüşdə Türkiyə təmsilçisi Büşra Ceylin Çoşkuna qalib gələrək bürünc medala layiq görülüb. 

Qeyd edək ki, turnirdə 21 ölkədən 550 cüdoçu qüvvəsini sınayır.

Norveçdə ABŞ səfirliyi yaxınlığında partlayış baş verib

Norveçin paytaxtı Osloda ABŞ səfirliyi yaxınlığında güclü partlayış baş verib. Hadisə gecə saatlarında səfirliyin konsulluq bölməsinin giriş hissəsi yaxınlığında qeydə alınıb.

Norwegian Police Service bildirib ki, partlayış nəticəsində binaya müəyyən ziyan dəyib, lakin xəsarət alan olmayıb.

CNN bu barədə məlumat yayıb.

ABŞ kürd qruplarını yerləşdirməyə, İsrail isə Azərbaycanı münaqişəyə cəlb etməyə çalışır

"İranda rejimi üç gün ərzində dəyişdirmək" məqsədinə çata bilməyən ABŞ, kürd qruplarını quru əməliyyatı üçün yerləşdirməyə, İsrail isə Azərbaycanı müharibəyə cəlb etməyə çalışır. Tehran, Bakı ilə gərginliyi azaltmağa cəhd edərkən, bölgə daxil Naxçıvana dron hücumlarına görə üzr istədi.