17 February 2026

AİHM: “Rüfət Səfərovun işi üzrə məhkəmə araşdırması ədalətsiz olub, məhkumluğu etibarsız dəlillərə söykənib”

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovun da tərəf olduğu “Quliyev və Səfərov Azərbaycana qarşı” işi üzrə qərarında onun barəsində aparılmış cinayət prosesinin ədalətli məhkəmə araşdırması tələblərinə cavab vermədiyi qənaətinə gəlib.

Gəmidən daha təhlükəlisi onu dənizin dibinə batıra biləcək silahdır

İran İslam İnqilabının Rəhbəri Ayətullah Əli Xamenei, Təbriz və Şərqi Azərbaycan əyalətinin minlərlə sakini ilə görüşündə ABŞ-ın hərbi təhdidlərinə kəskin cavab verib.

O, bölgəyə göndərilən ABŞ aviadaşıyıcılarının İran üçün qorxu yaratmadığını bildirərək, Tehranın daha sarsıdıcı müdafiə imkanlarına sahib olduğunu vurğulayıb.

Ayətullah Sistaninin qardaşının 40 mərasimi keçirilib

İranın Qum şəhərində böyük təqlid müctəhidi olan Ayətullah Seyid Əli Sistaninin qardaşı, Ayətullah Hadi Sistaninin vəfatının 40-cı günü münasibətilə mərasim təşkil olunub.

Mərasimdə üləma, tələbə, ictimaiyyət nümayəndələri və sadə insanlar qatılıb.

Mərasimdə Ayətullah Seyid Əli Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Cavad Şəhristani də iştirak edib.

Pakistanda daha bir terror aktı törədilib: 11 təhlükəsizlik əməkdaşı həlak olub

Pakistanda təhlükəsizlik qüvvələrinin postuna hücum edilib.

Pakistan mediası xəbər verir ki, hadisə Xeybər-Paxtunxva bölgəsində baş verib.

Hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 11 əməkdaşı həlak olub.

Görülən əməliyyat tədbirləri nəticəsində isə 12 terrorçu məhv edilib.

Məscidül-Əqsa imamı İsrail ordusu tərəfindən qaçırılıb

İsrail polisi bu axşam Əl-Əqsa məscidinə qarşı repressiv tədbirlərini daha da artıraraq, İmam Şeyx Məhəmməd Əli əl-Abbasini məscidin həyətində girov götürüb.

Yerli mənbələrə görə, Şeyx Abbasinin həbsinin səbəbi və ona qarşı məhkəmə prosesinin mahiyyəti hələ də aydın deyil.

Bu inkişaf vaizlərə qoyulan məhdudiyyətlər, ibadət edənlərin girişinə maneələr və polis mühafizəsi altında radikal məskunların intensiv basqınları fonunda baş verib.

İran Hörmüz boğazının bəzi hissələrini müvəqqəti bağlayır

İran Hörmüz boğazının bəzi hissələrini bir neçə saatlığa bağlayacaq.

İran mediası xəbər verir ki, buna səbəb Hörmüz boğazında təlimlərinin keçirilməsidir.

Qeyd edək ki, “Hörmüz boğazının ağıllı idarəsi” adlı hərbi təlimlər keçirir.

Dünya mediasında bu addım İranın Amerikanın ərazisinə hücumu ilə bağlı etdiyi iddianın həqiqətini göstərmə cəhdi kimi qiymətləndirilir.

Rüfət Səfərov hakimə: "Elə danışırsınız, sanki sonda ədalətli hökm verəcəksiniz"

Fevralın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakimlər ötən prosesdə R.Səfərovla dövlət ittihamçısı arasında baş verən mübahisəni əsas götürərək birincinin şüşə kabinədə saxlanılmasına qərar verib. Hüquq müdafiəçisi buna etiraz etməyib.

Livan hökuməti Litani çayının şimalında silah toplamaq planını müzakirə edir

Livan Nazirlər Şurası, bölgədə ABŞ tərəfindən dəstəklənən yeni təhlükəsizlik müqaviləsi üçün gizli diplomatik əlaqələrin aparıldığı bildirilərkən, ordu bölmələrinin Litani çayının şimalındakı silahlara nəzarəti ələ keçirmək planını müzakirə edib.

Ordunun Litani çayının cənubundakı fəaliyyətlərindən sonra Livan Nazirlər Şurası, çayın şimalındakı silahları dövlət nəzarəti altına almaq planının ikinci mərhələsini müzakirə edib.

İran tankerlərin ona məxsus olmadığını bildirdi

İran Milli Neft Şirkəti bildirib ki, Hindistan tərəfindən Ərəbistan dənizində saxlanılan üç neft tankeri ona məxsus deyil və ya onun tərəfindən idarə olunmur.

Gəmilər İran neftinin qaçaqmalçılığı və ABŞ sanksiyalarından yayınmaqda şübhəli bilinərək saxlanılıb.

Şirkət tankerlərin onun əməliyyatlarının bir hissəsi olmadığını vurğulayıb.

"Barselona" uduzdu, liderliyi əldən verdi

İspaniya La Liqasında XXIV tura yekun vurulub.

Son oyun günündə bir matç keçirilib. “Barselona” səfərdə “Jirona” ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada ev sahibləri rəqibini 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turnir cədvəlinə 60 xalla “Real Madrid” başçılıq edir. Aktivində 58 xal olan “Barselona” isə ikinci yerdə qərarlaşıb.