İraqın Nəcəf şəhəində yerləşən İmam Əli ziyarətgahında “İntizar sənəti” adlı beynəlxalq islam təsviri sənəti tədbirinin ikinci mərhələsi start götürüb.
Layihə İraqda bu sahədə ilk beynəlxalq təşəbbüs kimi dəyərləndirilir.
Tədbirdə 14 ölkədən 60 rəssam iştirak edir. Sərgi “Qaf” İncəsənət və Media Fondu ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Təşkilatçıların bildirdiyinə görə, layihənin məqsədi “bəşəriyyətin xilaskarı” anlayışından ilhamlanan ortaq bədii və media işlərinin hazırlanması, həmçinin Nəcəfin dini-mənəvi statusu ilə yanaşı, mədəni və bədii mərkəz kimi mövqeyinin gücləndirilməsidir.
Sərgidə klassik və rəqəmsal rəsm, müasir dizayn və xəttatlıq nümunələri təqdim olunur. Tədbirin ziyarətgahın sivilizasiya və mənəvi rolunu beynəlxalq miqyasda tanıtmağa töhfə verdiyi vurğulanır.
İmam Əli (ə) Ziyarətgah Kompleksinin Baş Katibi Seyid İsa Xarsan bu gün “İnztizar sərgisi”nin bədii əsərləri ilə tanış olub.
İmam Əli (ə) Ziyarətgahında “İntizar sənəti” sərgisi keçirilir