27 November 2024

BƏƏ-də ravvin Koqanın qətlində şübhəli bilinən şəxslər İstanbulda yaxalanıb

İsrail hökuməti ravvinin qətlini “dəhşətli antisemit terror hücumu” kimi qiymətləndirib.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) törədilən ravvin Zvi Koqanın qətlində şübhəli bilinənlər Milli Kəşfiyyat Təşkilatının (MİT) İstanbulda təşkil etdiyi əməliyyatda yaxalanıb.

2020-ci ildən Dubayda Koşer məhsulları satan bazar işlədən Ravv Koqanı öldürən üç Özbək şübhəlinin İstanbula gəldiyi müəyyən edildikdən sonra BƏƏ rəhbərliyi Türkiyədən kömək istəyib.

Müvəqqəti atəşkəs İsrailin yoxsa Hizbullahın xeyrinədir?

Livanda müvəqqəti atəşkəs elan edildikdən sonra bu atəşkəsin əhəmiyyəti və hazırkı şəraitdə tərəflərin hər biri üçün faydaları haqqında çoxlu müzakirələr aparılıb. Aşağıdakı yazıda bu atəşkəsin Livan Hizbullahının, yoxsa sionist rejiminin xeyrinə olması ilə bağlı qısa məqamlara aydınlıq gətirilib.

Qəzzada 1410 fələstinli ailə yer üzərindən silinib

2023-cü il oktyabrın 7-də İsrailin Qəzza zolağına başlatdığı hücumlardan sonra işğal olunmuş ərazidə 1410 fələstinli ailə yer üzərindən silinərək öldürülüb.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada etdiyi yazılı açıqlamada İsrailin 7 oktyabr 2023-cü il tarixindən Qəzzada həyata keçirdiyi soyqırımda ailələrə qarşı “7 min 160 faciə” törətdiyi bildirilib.

Pakistandakı məzhəbi qarşıdurma gərgin vəziyyətini sürdürür

Pakistanın şimal-qərbində onillərdir məzhəb zəminində zorakılıq halları davam edir. Noyabrın 21-23-ü arasında Xaybər-Paxtunxva əyalətinin Kurram bölgəsində baş verən son toqquşmada isə 80-dən çox insan öldürülüb. Toqquşma şiə müsəlmanların konvoyuna bir silahlı şəxsin atəş açması ilə başlayıb. Bu qanlı toqquşmanın ardınca şiələrin sələfi-vəhhabi icmasına qarşı qisas hücumu başlayıb. Noyabrın 24-də tərəflər yeddigünlük atəşkəs elan ediblər.