Bravo hipermarketindəki basqınçılardan biri öldürüldü, ikincisi tutuldu

Operativtv.com Turana istinadən xəbər verir ki, dünən Bravo hipermarketinə  hücum edənlərdən biri öldürüldü, ikincisi isə tutuldu. Daxili İşlər Nazirliyinin mətbuat xidməti 4 mart axşamı bu barədə məlumat verib.

Əməliyyat tədbirləri zamanı onlardan birinin - Ruhlan İsmayılovun Tagiev, 19 ünvanında gizləndiyi aşkar edildi.

Əməliyyat zamanı o silahlı müqavimət göstərdi və öldürüldü.

İkinci cinayətkar şəhərin mərkəzində, Fəvvarələr meydanında saxlanıldı. Onun adı hələ bildirilmir.