BMT məhkəməsi Qəzzada soyqırım iddiası ilə atəşkəsə qərar verməkdən imtina edib

Birləşmiş Millətlər Təşkilatının Ədalət Məhkəməsi cümə günü Qəzzada soyqırım səbəbi ilə atəşkəs qərarını verməkdən imtina edib. Lakin məhkəmə İsraildən kiçik sahil anklavına hərbi hücumları zamanı ölüm və zərərin qarşısını almağı tələb edib.

Cənubi Afrika dünyanın həlli mümkün olmayan münaqişələrindən birinin işini qaldırıb və məhkəmədən İsrailə əməliyyatlarını dayandırmağı tələb etməsini xahiş edib.

17 hakimdən ibarət heyət tərəfindən çox gözlənilən qərarda Beynəlxalq Ədalət Məhkəməsi işi dayandırmamaq qərarına gəlib və Qəzzada fələstinliləri qorumaq üçün altı müvəqqəti tədbirin həyata keçirilməsinə qərar verib.

Cümə günü qəbul edilən qərar müvəqqətidir. Belə ki, Cənubi Afrikanın qaldırdığı iddiaya baxılması üçün illər gərək ola bilər. İsrail soyqırım ittihamını rədd və məhkəmədən ittihamları ləğv etməsini tələb edib.

İş məhkəmədən keçərkən Cənubi Afrika hakimlərdən "təcili olaraq" müvəqqəti tədbirlər görmələrini xahiş edib.

Cənubi Afrika həmçinin İsraildən soyqırımın qarşısını almaq üçün “ağıllı tədbirlər” görməsini və son dərəcə ehtiyac duyulan yardımın keçirilməsinə icazə verməsini istəyib.

Fələstinin Baş naziri Məhəmməd Ştaye cümə axşamı verdiyi açıqlamasında məhkəmə qərarına "Qəzza zolağında xalqımıza qarşı təcavüz və soyqırımı dayandırmaq üçün təcili tədbirlərin - acları, yaralıları və xəstələri xilas etmək üçün təcili olaraq yardım axınına başlanacağının da daxil olduğuna" ümid etdiyini deyib.

HƏMAS-ın idarə etdiyi anklavdakı Səhiyyə Nazirliyi cümə günü 26 mindən çox fələstinlinin öldürüldüyünü bildirib. Nazirlik ölənlərin sayı ilə bağlı döyüşçülərlə mülki şəxslər arasında fərq qoymasa da, ölənlərin təxminən üçdə ikisinin qadın və uşaq olduğunu bəyan edib.

İsrail ordusu təxminən dörd aya yaxın davam edən qarşıdurmada həlak olanların azı 9 mininin HƏMAS militantı olduğunu iddia edir.

BMT rəsmiləri əhalinin azı dörddə birinin aclıqla üzləşdiyindən daha çox insanın xəstəlikdən ölə biləcəyindən narahatdır.

 

Amerikanın Səsi