Bəzi rayonlarda qaz təchizatı dayandırılıb.
Bu barədə "Azəriqaz” İstehsalat Birliyindən deyilib:
"Samux rayonu ərazisində yerləşən orta təzyiqli yeraltı qaz xəttində sızma aşkarlanıb və onun ləğvi üçün zəruri tədbirlərin görülməsinə başlanılıb. Görüləcək təmir işlərinə görə bu gün səhər saat 09:00-dan işlər bitənə qədər Samux rayonunun 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb. Ağsu rayonunda da eyni səbəbdən təmir işləri aparılacağı üçün rayonun 9 kəndində səhər saat 09:00-dan 18:00-dək qaz təchizatı dayandırılıb".
Həmçinin, bu gün - iyulun 24-ü saat 10:00-dan 15:00-dək Hacıqabul rayonunda 11, Sabirabad rayonunda isə 13 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.
Məlumata görə, bu müddət ərzində "Qarasu” qaz paylayıcı stansiyasının xidmət sahəsində aşkarlanan qaz sızmasının ləğvi işləri aparılacaq. Yüksək təzyiqli qaz xətlərinin qaz təchizatı mənbələrinə birləşdirilməsi ilə əlaqədar səhər saat 10:00-dan Ucar rayonunda 6 kənd, Zərdab rayonunda bir qəsəbə və 16 kənd, Ucar pambıq emalı zavodu və Zərdab asfalt beton zavodlarının qaz təchizatı da dayandırılacaq.
Bir neçə rayonda qaz təchizatı dayandırılacaq
Oxşar xəbərlər