19-20 fevral 2025-ci il tarixlərində Bəhreyn Krallığında “İslam Daxili Dialoq: Tək Ümmət və Ortaq Tale” adlı beynəlxalq konfrans keçiriləcək.
Qeyd olunur ki, bu mötəbər tədbir Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə və Əl-Əzhər Şeyxi, Müsəlman Ağsaqqallar Şurasının sədri Əhməd ət-Tayyibin himayəsi altında baş tutacaq.
Konfransın əsas məqsədi İslam dünyasında məzhəblərarası dialoqu inkişaf etdirmək, birlik və həmrəyliyi gücləndirmək, eləcə də müsəlman ümmətini bölən problemlərə ortaq həll yolları tapmaqdır. Tədbir çərçivəsində İslam dünyasının nüfuzlu alimləri, din xadimləri və ziyalıları bir araya gələrək, mövcud çağırışlar və əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.
Konfransda əsas diqqət məzhəblərarası anlayışın dərinləşdirilməsinə, İslam alimlərinin birliyinə, vətəndaşlıq hüquqlarına, müasir dövrün çağırışlarına və gənclər ilə qadınların dinlərarası dialoqdakı roluna yönələcək. Sonda müsəlman dünyasında birlik və əməkdaşlığı möhkəmləndirmək məqsədilə tövsiyələr hazırlanacaq.
Tədbirdə İslam dünyasının müxtəlif bölgələrindən din xadimləri və alimlərin iştirakı gözlənilir.
Bəhreyndə İslam Daxili Dialoq Konfransı keçiriləcək