“Barselona” 53 illik antirekordunu təkrarlayıb

İspaniyanın “Barselona” klubu 53 illik antirekordunu təkrarlayıb.

Operativtv.com Reporta istinadən məlumatına görə, kataloniyalılar La Liqanın 2023/2024 mövsümünün ilk turunda “Xetafe” ilə qolsuz bərabərə qalmaqla bunu reallaşdırıblar.

“Barsa” ardıcıl 4-cü mövsümdə “Xetafe” ilə səfər matçında fərqlənə bilməyib. “Alfonso Peres Kolizey”də baş tutan əvvəlki iki dueldə də 0:0 hesabı qeydə alınıb. 2020/2021 mövsümündə isə “Xetafe” qələbə qazanıb - 1:0.

“Barselona” sonuncu dəfə 1970-ci ildə eyni komandaya qarşı ardıcıl 4 səfər görüşündə fərqlənə bilməyib. Həmin vaxt “Salamanka” bu uğura nail olub.