Azərbaycanda unikal hadisə baş verib – sürücü 16 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Oxu.Az xəbər verir ki, paytaxt sakini Baloğlan İsa oğlu Baloğlanov yerli şirkətlərdən birinə sürücü kimi işə düzəlmək istəyib.
Ancaq bu zaman o, sürücülük hüququndan məhrum edildiyini öyrənib.
Baloğlanov Yol Polisi İdarəsinə gedərək, bunun səbəbini öyrənməyə çalışıb. Sürücünün məlumatlarına baxdıqda polis işçiləri özləri də şoka düşüblər. Sənədlərə əsasən, Baloğlanov 2034-cü ilədək sürücülük hüququndan məhrum edilib.
Qanunvericiliyə əsasən isə ölkədə hər hansı şəxs sürücülük hüququndan maksimum iki il müddətinə məhrum edilə bilər.
Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib ki, bu, sistemdə texniki səhvlik səbəbindən baş verib.
“Biz vəziyyətdən xəbərdarıq. Baloğlan Baloğlanov Yasamal rayon Məhkəməsinin qərarı ilə yol-hərəkət qaydalarını pozduğuna görə 200 manat məbləğində cərimələnib. Sürücü cəriməni ödəyib.
Ancaq anlaşılmayan texniki səbəblərə görə, o, sürücülük hüququndan məhrum edilib. Sürücülük hüququndan məhrumedilmə müddətinə baxdıqda burada hansısa səhvliyin olduğunu başa düşmək olar”, - yol polisinin nümayəndəsi deyib.
O qeyd edib ki, Baloğlanovun problemi artıq həll edilib.
Bakı sakini 2034-cü ilədək sürücülük hüququndan məhrum edildi - Foto

Oxşar xəbərlər