Politoloq Ərəstun Oruclu inanclıların saxta ittihamlarla həbs olunması mövzusunu şərh edib:
“Gündə bir neçə dindarların işi ilə bağlı "məhkəmə" prosesi keçirilir. Mütləq əksəriyyəti də narkotik ittihamı ilə. Halbuki Azərbaycanda narkotiklərlə bağlı ittihamların mütləq əksəriyyəti hər zaman saxta olub və bu gün də belədir”, deyə Oruclu qeyd edib.
Onun fikrincə dindarlara qarşı məhz bu ittihamın kütləvi şəkildə verilməsi təsadüfi deyil. Bununla din və narkotik, dindar və narkoman anlayışlarını eyniləşdirmək məqsədi güdülür.
Ərəstun Oruclu xəbərdarlıq edir ki, dindarlara qarşı kütləvi şərləmələr təkcə gələcəkdə başqalarına qarşı da tətbiq olunacağı səbəbindən təhlükəli deyil, həm də ən azı iki məkrli niyyətə xidmət edir: cəmiyyəti parçalamağa və təklənmiş, müdafiəsiz qalmış inanclı həmvətənimizin daha da radikallaşmasına.
Politoloq hesab edir ki, dünyəvi kəsimin dindarların pozulmuş hüquqlarını müdafiə etməməsinin səbəbləri kökündən yanlışdır və ölkənin gələcəyi üçün yaxşı heç nə vəd etmir.
Tanınmış politoloq əlavə edib ki, kimsə ünvanına "İran agenti" deyiləcəyindən qorxaraq, kimsə də sadəcə dindarlara olan ehtiyatlı və bəzən də neqativ münasibətindən onların haqqının kütləvi şəkildə pozulmasını görməzdən gəlir. Lakin bunların hər ikisi yanlışdır. Əgər hüquqların pozulmasından söhbət gedirsə, buna göz yumanların hüquq haqqında danışmağa belə mənəvi haqqı yoxdur, ola da bilməz.
”
Bakı Ağır Cinayətlər Məhkəməsi dindarlarla bağlı konveyer üsuluna keçib və onlara qarşı təkrar ittihamlar irəli sürür
Politoloq Ərəstun Oruclu inanclıların saxta ittihamlarla həbs olunması mövzusunu şərh edib:
”