Bağdad və Tehran arasında təhlükəsizlik razılaşması: İraq iranlı kürd yaraqlıları ilə mübarizə aparacağına söz verir

İraq və İran iki ölkə arasında sərhəd təhlükəsizliyini əhatə edən təhlükəsizlik sazişi imzalayıb. Razılaşmanın əsasən İraqın şimalında separatizm tərəfdarı olan İran kürd yaraqlılarını yatırtmaq üçün edildiyi bildirilir.

İraq Baş Nazirliyi Mətbuat İdarəsinin yazılı açıqlamasına görə, baş nazir Məhəmməd Şia əl-Sudani Bağdadda İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamhani ilə görüşüb. İki ölkə arasındakı münasibətlərin və regional məsələlərin müzakirə edildiyi görüşdə Sudani İraqın heç bir qonşu ölkəyə qarşı “hücum meydanı” olmasına icazə verməyəcəyini bildirib.

Görüş çərçivəsində İranla sərhədlərin birgə mühafizəsi və təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsinə dair saziş imzalanıb. İranın rəsmi xəbər agentliyi İrna-nın məlumatına görə, Şamxani Bağdadın İranın “terrorçu” olaraq təyin etdiyi qruplara qarşı effektiv və qətiyyətlə mübarizə aparacağını vəd etdiyini və imzalanan razılaşmanın bu qrupların fəaliyyətinə son qoyulmasına töhfə verəcəyini bildirib. Onların olduğu nöqtələər sonuncu dəfə 2022-ci ilin sonunda İran ordusu tərəfindən bombalanıb.

İran iddia edir ki, əxlaq polisi 22 yaşlı Məhsa Aminini geyim qaydalarına əməl etmədiyi səbəbilə saxladıqdan və gənc qadın polis bölməsində dünyasını dəyişdikdən sonra ölkə daxilində başlayan nümayişləri İranlı kürd yaraqlılar təşviq və təhrik edib.

İraq İranla mümkün gərginliyin qarşısını almaq üçün sərhəd nəzarətini artırmağa qərar versə də, İran və Səudiyyə Ərəbistanı arasında 2016-cı ildə pisləşən diplomatik münasibətlərin normallaşması üçün danışıqlara vasitəçilik edir.

Əli Şamhaninin Bağdada səfərində İran administrasiyasının mühüm iqtisadi heyətlərinin də iştirak etdiyini qeyd edən İrna ikitərəfli görüşlərdə iqtisadi əməkdaşlıqla yanaşı, Bağdaddan elektrik enerjisi və təbii qaz alışı məsələlərinin də müzakirə edildiyini bildirib.