“Beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlıq edən ölkələrə təzyiqləri artırmalıdır”
Avropada qaz qiymətinin 8 faizdən çox ucuzlaşdırıldığı bildirilir.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, Rusiya ilə Ukrayna arasında tranzit müqaviləsinin müddətinin başa çatmasından sonra avropalı alıcılar qitəyə mavi yanacaq tədarükü üçün Azərbaycanla müqavilə imzalaya bilərlər.
Hazırda Avropa bazarında dekabrda çatdırılma şərtilə satılan mavi yanacağın qiyməti 8,1 faiz ucuzlaşıb.
Məlumatda bildirilir ki, Macarıstan və Slovakiya şirkətləri Azərbaycandan ildə 12-14 milyard kubmetrə qədər qaz nəqli üçün müqavilə imzalamağa yaxındırlar.
“Azəriqaz”a istinad edən sayt yazır ki, qazın nəqli üçün hazırda Ukrayna üzərindən Rusiya qazını Avropa Birliyinə daşıyan eyni boru kəmərindən istifadə ediləcək.
“Qazı sərhəddə Rusiyadan alıb Avropaya satacaqlar”
REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyir ki, tranzit müqavilənin müddətinin bitməsi Rusiya qazının Avropaya nəql edilməsinin qarşısının alınması kimi başa düşülməməlidir.
“Əslində, bu elə Avropaya satılan Rusiya qazıdır. Sadəcə, Azərbaycan, Macarıstan, Avstriya və Slovakiyanın birgə konsorsium yaratdılar. Azərbaycanla Rusiya arasında mübadilə sazişi də bura daxildir, çünki Azərbaycanın mövcud tədarükü dəyişmək üçün ixrac gücü kifayət deyil. Bunlar qazı sərhəddə Rusiyadan alıb Avropaya satacaqlar. Yəni SOCAR qazı Rusiya-Ukrayna sərhəddində yerləşən Sucaya tədarük edəcək. Macarıstanın “MVM Zrt.” və Slovakiyanın “Slovensky Plynarensky Priemysel AS” şirkətləri idarəçiliyi öz üzərinə götürüb qazı Avropaya çatdıracaq”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, bu təklif Ukrayna tərəfindən irəli sürülüb, çünki Kiyev qazı Rusiyanın adı ilə ərazisindən nəql etmək istəmir. Ona görə də Azərbaycan Rusiyadan qazı alıb öz markası ilə konsorsiuma daxil olan ölkələr vasitəsilə Avropaya satır.
Cəfərli qeyd edib ki, burada Ukraynanın da iqtisadi maraqları var:
“Ukrayna öz ərazisindən bu qazın Avropaya nəqlinə görə ildə 800 milyon dollar tranzit haqqı qazanır. Bu da kifayət qədər böyük məbləğdir və heç bir ölkə bundan imtina etmək istəməz”.
İqtisadçı bildirib ki, bu proses davam edərsə, Avropada qazın qiyməti getdikcə aşağı düşəcək.
“Müəmmalı xəbərdir, detallar açıqlanmır, suallar var…”
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban isə yayılan informasiyanı “müəmmalı” xəbər adlandırıb.
“Çox müəmmalı bir xəbərdir, yəni konkret bir şəxs və təşkilat yoxdur ki, ona istinad edilsin. Anonim bir informasiyadır, amma birjalara müsbət təsiri oldu və bunun nəticəsində qiymətlər 450-dən aşağı düşdü. Amma digər bir məsələdə var ki, Rusiya ilə Azərbaycan arasında qazı nəql etmək üçün ikinci bir müqavilə olmalıdır. Azərbaycanın Rusiya ilə sərhədində qazölçmə “Şirvanovka” adlı məntəqəsi var. Orada qazın keyfiyyəti, ötürülməsi və digər nəqletmə prosesləri icra olunur. Bir məsələ də var ki, Azərbaycanla Rusiya arasında qaz infrasturkturu cəmi 5 milyard kubmetr həcmində ötürmək qabiliyyətindədir. Amma “Blomberg”in xəbərində 12-14 milyard kubmetr yazılıb ki, guya Macarıstan və Slovakiya şirkətləri bu qədər az alacaqlar. İndi bu nə məsələdir, necədir, detalları açıqlanmır, yəni suallar çoxdur”, – deyə ekspert bildirib.
Ekspert deyir ki, xəbərdə qeyd olunanlar doğrudursa, bu, Azərbaycanın Avropaya şaxələndirilmiş qaz ixracatcıçı olduğunu ortaya qoyacaq:
“Çünki hazırda Azərbaycan Avropaya iki istiqamətdə qaz ötürür. Bunun biri Türkiyə və Yunanstan üzərindən İtaliyaya gedən xətdir. Digər marşrut isə SOCAR və BOTAŞ arasında 2024-cü ildə imzalanmış müqaviləyə əsasən, Azərbaycan qazının Türkiyə və Bolqarıstan üzərindən Avropaya daşınmasıdır”.
Beynəlxalq təşkilatların insan hüquqları ilə bağlı sanksiya çağırışları…
2023-2024-cü illərdə insan hüquqlarının durumunun pisləşdiyi, siyasi motivli həbslərin artması, media və sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması fonunda bir sıra beynəlxalq təşkilatlar Azərbaycana sanksiya çağırışları edirlər.
Onlar hazırda Azərbaycanda 300-dən artıq siyasi məhbusun olduğunu vurğulayırlar.
Cari ilin yanvarın 24-də isə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin səsvermə hüququ məhdudlaşdırılıb.
2024-cü ilin sentyabrında Avropa Parlamentinin sosialistlərdən və demokratlardan ibarət qrupu repressiyalara görə Avropa İttifaqından Azərbaycan qazından imtina etməyi tələb ediblər.
“Aİ ilə Bakı arasında bağlanmış qaz tərəfdaşlığı dərhal dayandırılmalıdır“, – deyə deputatlar qeyd ediblər.
Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsində də ölkədə insan hüquqlarının vəziyyətinin olduqca ağır olduğu vurğulanıb.
Qətnamədə bildirilir ki, Azərbaycanda insan haqları pozulur, fəallar, jurnalistlər həbs olunur, siyasi və ictimai təşkilatların fəaliyyəti məhdudlaşdırılır.
Bundan sonra isə – sentyabrın 25-də 11 insan haqları təşkilatı birgə bəyanat yayaraq, Azərbaycanla bağlı AŞPA qarşısında şərtlər irəli sürüblər.
Onlar bildiriblər ki, Avropa Şurası Azərbaycanın təşkilat qarşısında götürdüyü öhdəliklərə əməl etməsi üçün addımlar atmalı, bu ölkə ilə bağlı aydın meyarlar hazırlanmalı və tətbiq edilməlidir.
“Human Rights Watch” təşkilatı isə sentyabrın 24-də yaydığı bəyanatda COP29 ərəfəsindəki repressiyaları pisləyib.
Təşkilatın rəsmisi Mirto Tilianakinin sözlərinə görə, COP üçüncü ildir ki, söz və toplaşma azadlığını ciddi şəkildə məhdudlaşdıran repressiv dövlətlərdə keçirilir.
O qeyd edib ki, Azərbaycandakı tədbirə qatılan hökumətlər iqlim dəyişikliyi ilə mübarizədə müstəqil səslərin eşidilməsini tələb etməlidirlər:
“2022-ci ildə Azərbaycanın neft və qaz gəlirləri dövlət büdcəsinin 52 faizini və ixrac gəlirlərinin 90 faizini təşkil edib. Hökumətlər iqlim böhranı ilə mübarizə və insan hüquqlarının qorunması üzrə səyləri pozmaq üçün Azərbaycanın öz mövqeyindən istifadə etməsinə icazə verməməlidirlər”.
Hətta bəzi beynəlxalq təşkilatlar insan hüquqları ilə bağlı vəziyyəti nəzərə alaraq, ölkələri noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin iqlim konfransını boykota çağırırlar.
Azərbaycan COP29-la bağlı çağırış və sanksiyaları rədd edir…
Milli Məclisin deputatı Zahid Oruc parlamentin noyabrın 1-də keçirilən iclasında çıxışı zamanı deyib ki, iqlimlə bağlı Azərbaycanı ittiham edənlər dünyada atmosferə ən çox karbon tullantıları atan dövlətlərdir.
“Neft ölkəsi olduğumuz üçün qlobal iqlim sammiti ilə bağlı Azərbaycanı ittiham edənlər son 250 ildə dünyada atmosferə ən çox karbon tullantıları atan dövlətlərdir. Yaxın Şərq, Qəzza, İraq, Suriya və Rusiya-Ukrayna müharibələrinin də səbəbi yaşıl deyil, qara rəngli iqtisadi, geosiyasi imperiyalar qurmaqdan ötrüdür. Qlobal çirklənmənin və Antarktidanın yüzillik buzlarının əriməsinin də günahkarı biz deyilik. Dünyanı nüvə müharibəsinə çatdıranlar nəhəng medialarının əli ilə məsuliyyəti başqasının üstünə atıb yeraltı sərvətlərinə görə ölkəmizi günahlandırmasınlar”, – Zahid Oruc belə deyir.
O bildirib ki, Prezident İlham Əliyevin alternativ enerjini Azərbaycanın əsas milli kursu elan edib.
Bəs Azərbaycan Avropanın əsas qaz tədarükçülərindən birinə çevriləcəksə, bu, insan hüquqlarına necə təsir edəcək?
“Müdafiə Xətti” insan hüquqları təşkilatının həmtəsisçisi Rüfət Səfərov Meydan TV-yə deyib ki, Qərb dövlətləri insan haqları ilə bağlı məsələləri gözardı etməməlidirlər.
Onun sözlərinə görə, indiki məqamda, ölkədə repressiyaların davam etdiyi bir vaxtda Avropa ölkələri insan hüquq və azadlıqlarını hansısa qaz müqaviləsinə qurban verməməlidirlər:
“Uzun illərdir ki, Qərb ölkələri Azərbaycanda insan hüquqlarını karbohidrogen ehtiyatları ilə bağlı maraqlarına qurban verirlər. Avropa Komissiyası ilə Azərbaycan arasında qaz müqaviləsi bağlandıqdan sonra ölkədə insan hüquqlarının durumu kəskin pisləşdi. Azərbaycan hakimiyyəti bu müqavilədən istifadə edib ölkədə repressiv bir siyasi mühit yaratdı. İndi də yeni bir müqavilə imzalanacaqsa və ya Azərbaycan Avropanın əsas qaz tədarükçülərindən birinə çevrilərsə, bu, insan hüquq və azadlıqları ilə bağlı ciddi narahatlıq yaradır, yəni insan hüquqlarının arxa plana atılması ehtimalı güclənir“.
Hüquq müdafiəçisi hesab edir ki, insan hüquqlarını prioritet seçən beynəlxalq təşkilatlar bu məsələləri diqqətdə saxlamalı və dövlətlərə Azərbaycandakı siyasi mühitlə bağlı təzyiqləri artırmalıdırlar.
“Bu baş verməzsə, Azərbaycanda vəziyyət daha da pisləşəcək, insan hüquqları demək olar ki, tam arxa plana keçəcək. Ona görə də beynəlxalq təşkilatlar Azərbaycana və onunla əməkdaşlıq edən ölkələrə təzyiqləri daha da artırmalıdırlar”, – deyə Rüfət Səfərov qeyd edib.
Azərbaycanın AŞPA-da səsvermə hüququ nə vaxt məhdudlaşdırılıb?
Yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.
Azərbaycanın Avropa ilə əlaqələri nə vaxtdan başlayır?
Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb.
Həmin il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib.
1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub.
1996-cı il iyulun 13-də isə Azərbaycanın Prezidenti Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.
1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar verib.
2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.
Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.
Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.
MeydanTV
Azərbaycanla Avropanın yeni qaz anlaşması: qiymətlər ucuzlaşdı, bəs insan hüquqları?..