Azərbaycanın paytaxtı Bakıda BMT-nin COP29 iqlim konfransının keçirilməsi ərəfəsində Amnesty International hüquq müdafiə təşkilatı bu konfransın ətraf mühitə təsirləri, gələcək perspektləri barədə hesabat və tövsiyyələrini dərc edib.
“Zirvə toplantısı noyabrın 11-dən 22-dək keçiriləcək və orada qəbul edilən qərarlar hamımıza təsir edəcək. Bu günə qədər beynəlxalq ictimaiyyət artan insan iztirabları qarşısında planeti çirkləndirməyə, yandırmağa və talan etməyə davam edən qalıq yanacaq sənayesinin ölümcül fəaliyyətini cilovlaya bilməyib”, hesabatda deyilir.
Təşkilat bildirir ki, COP29 dünya liderləri üçün keçmiş uğursuzluqları aradan qaldırmaq üçün kritik bir fürsətdir.
Amnesty International hesabatında Azərbaycanda insan hüquqlarının vəziyyətinə də toxunub.
"Söz, birləşmək və toplaşma azadlığı hüquqlarının çoxdan məhdudlaşdırıldığı Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət narahatlıq doğurur. Dinc etirazlar, o cümlədən ekoloji qruplar tərəfindən keçirilən etirazlar müntəzəm olaraq amansız təzyiqə məruz qalır və yerli QHT-lərin məlumatına görə, hazırda 300-dən çox insan siyasi motivli ittihamlarla həbsdədir”, sənəddə qeyd edilir.
Təşkilat vurğulayır ki, sərt qanunlar və hakimiyyətin istənilən real və ya ehtimal olunan tənqidinə görə daimi cəza təhdidi Azərbaycanda müstəqil medianın fəaliyyətini əhəmiyyətli dərəcədə çətinləşdirir.
“Müstəqil KİV-lərin əksəriyyəti, eləcə də vətəndaş cəmiyyəti məhv edilib. Azərbaycanda işgəncə və digər amansız rəftar növləri geniş şəkildə yayılıb, cəzasızlıq kök salıb", hesabatda bildirilir.
Sənəddə qeyd edilir ki, Azərbaycana COP29-da sədrlik verildiyi andan etibarən müsbət dəyişiklik baş verməyib.
"Əslində, Azərbaycanda insan hüquqları sahəsində ağır vəziyyət 2023-cü ilin dekabrından etibarən daha da pisləşib. Hakimiyyət sammitdə "hamının səsinin eşidilməsini təmin etdiyini" iddia edir, amma bu il onlar ondan çox fəalı və jurnalisti təqib edib və iqlim böhranına qarşı mübarizə aparan əsas şəxsləri susdurub", hesabatda deyilir.
Təşkilat həmçinin həbs edilən hüquq müdafiəçisi Anar Məmmədlinin həbsinə toxunaraq, ona adekvat tibbi yardım göstərməkdən imtina edildiyini xatırladıb.
Qeyd edilir ki, vətəndaş cəmiyyətinin iqlimlə bağlı danışıqlarda iştirak edə bilməsi çox vacibdir.
"Lakin Azərbaycanın özünün vətəndaş cəmiyyətinin iştirakı həddindən artıq məhdud olacaq. Təhdidlər və təqiblər bir çox yerli fəalı ölkəni tərk etməyə məcbur edib, digərləri isə siyasi motivli ittihamlarla həbsdə saxlanılır. Qalan azsaylı müstəqil səslər COP29 dövründə hər hansı tənqid səsləndirməyə cürət etsələr, təqibə məruz qalmaqla risk edirlər.
Yerli vətəndaş cəmiyyəti qruplarının yaratdığı boşluq GONGO (iqtidaryönümlü qeyri-hökumət təşkilatları-red) kimi tanınan təşkilatlar tərəfindən qismən doldurulub. Dövlət tərəfindən dəstəklənən bu qruplar müstəqil nöqteyi-nəzər təqdim etmir, onların mövcudluğu isə Azərbaycan hakimiyyətinin saxta söz və birləşmə azadlığına hörmət mənzərəsi yaratmasına imkan verir", təşkilat qedy edir.
Təşkilat həmçinin bildirir ki, mədən yanacağı Azərbaycan iqtisadiyyatının təxminən yarısını və ixrac gəlirlərinin böyük hissəsini təşkil edir. Lakin ölkə mədən yanacağından imtinaya öz töhfəsini verməlidir.
Hesabatda vurğulanır ki, Prezident Əliyev bir müddət əvvəl qaz hasilatının genişləndirilməsi planlarını açıqlayıb ki, bu da Azərbaycanın Paris Sazişi üzrə öhdəlikləri ilə bir araya sığmır.
Belə ki, əvvəlki iqlim sammitləri kimi COP29 da gündəlikləri iqlim ədaləti ilə ciddi şəkildə ziddiyyət təşkil edən çox sayda iştirakçını qəbul edəcək.
Konfransda minlərlə mədən yanacağı lobbiçisinin, həmçinin Shell və BP kimi neft nəhənglərinin rəhbərlərinin iştirak edəcəyi gözlənilir.
“Bu iştirakçılar öz maraqlarını təşviq etmək üçün əvvəlki sammitlərdən istifadə ediblər, mədən yanacağından imtina səylərinə qarşı çıxıblar".
Amnesty İnternational lobbiçilərin qlobal iqlim sazişlərini pozmasına imkan verməmək üçün maraqların toqquşmasına münasibətdə sərt siyasət yürütməyə çağırır.
"İqlim dəyişikliyi ekstremal temperaturların kəskin şəkildə yüksəlməsinə gətirib çıxarır və 2024-cü ilin bütün müşahidələr tarixinin ən isti ili olacağı gözlənilir. Bütün dünyada insanlar daşqınlar, qasırğalar, quraqlıqlar və digər qeyri-təbii fəlakətlərlə əlaqədar öz yurd-yuvalarından didərgin düşüblər, qlobal istiləşmə bütün bu fəlakətləri daha da şiddətləndirir. Bütün dünyada yerli xalqlar və torpaqdan asılı olan icmalar biomüxtəlifliyin itirilməsinin ən ağır yükünü daşımaqda davam edirlər", təşkilat qeyd edir.
Yuxarıda deyilənləri nəzərə alaraq, Amnesty İnternational aşağıdakı çağırışları edir:
- İnsan hüquqları iqlim dəyişiklikləri ilə bağlı bütün qərarların mərkəzində olmalıdır;
- Dövlətlər iqlim maliyyəsini xeyli artırmalıdır;
- Bütün dövlətlər sürətli və ədalətli şəkildə mədən yanacağından tamamilə imtina etmək öhdəliyi götürməlidir;
- COP29 iştirakçıları karbonun tutulması, saxlanması və kənarlaşdırılması kimi riskli texnologiyalara əl atmamalı və ya mədən yanacağından tədrici imtina zərurətindən yayınma vasitəsi olaraq "keçid yanacağı" kimi qazı təşviq etməməlidir;
- BMT İDÇK katibliyi, Azərbaycan hökuməti və digər hökumətlər vətəndaş məkanını qorumalı və fikri ifadə etmək, birləşmək və dinc toplaşma azadlığı hüquqlarına zəmanət verməlidir.
Öz növbəsində rəsmi Bakı insan hüquqları sahəisndə beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Azərbaycan hökuməti ölkədə fundamental hüquqların, həmçinin söz, mətbuat, toplaşma azadlığının tam təmin edildiyi bildirir. Azərbaycan hökuməti həmçinin bildirir ki, Azərbaycan Dövlət Neft Şirkəti -SOCAR yaxın 10 ildə dekarbonlaşmaya nail olacaq. 2030-cu ildə Azərbaycan istixana qazları tullantılarını 35 faiz (1990-cı il ilə müqayisədə), 2050-ci ilədək isə 40 faiz azaltmağı planlaşdırır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir.
COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.
Amnesty International: İnsan hüquqları iqlim dəyişiklikləri ilə bağlı bütün qərarların mərkəzində olmalıdır