Afrika Birliyi: Tiqraydakı münaqişə 600 minə yaxın insanın həyatına son qoyub

Afrika İttifaqı bildirib ki, Efiopiyanın şimalındakı Tiqray bölgəsində hökumət qüvvələri ilə üsyançılar arasında baş verən qarşıdurmada əksəriyyəti mülki vətəndaşlar olmaqla təxminən 600 min insan ölüb.
Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Afrika İttifaqı bu barədə bazar günü hesabatında məlumat verib.

Həmçinin Nigeriyanın keçmiş prezidenti və Afrika İttifaqı sülh danışıqlarının baş vasitəçisi Olusegun Obasanjo Financial Times-a açıqlamasında ölənlərin sayının 600 min civarında olduğunu təsdiqləyib.

Obasanjo xatırladıb ki, keçən il noyabrın 2-də, Pretoriyada sülh müqaviləsi imzalanan gün Efiopiya rəsmiləri bildirmişdilər ki, “hər gün 1000 nəfərin ölümünü dayandırdıq”.  

Afrika İttifaqı rəsmilərinin dediyi bu rəqəmləri Efiopiya hökuməti qəbul etmir. Rəsmi Əddis-Əbəbə bu rəqəmlərin çox şişirdildiyini bildirir.