Yaponiyanın Baş Naziri Şinzo Abe imperator Akihitonun taxt-tacdan imtina etdiyini rəsmi olaraq açıqlayıb.
Hökumət başçısı "əlahəzrət xüsusi qanunun müddəalarına müvafiq olaraq bu gün taxt-tacdan imtina edir” deyərək Akihitoya və imperatriça Miçikoya Yaponiya xalqı adından təşəkkürlərini çatdırıb.
Akihito səhər saatlarında müvafiq mərasimləri yerinə yetirərək İkinci Dünya müharibəsindən sonrakı ağrılı illərin ardından başlamış 30 illik Heisei dövrünün başa çatmasını ifadə edib. Akihitonun taxtdan getməsi son iki əsrdə ilk bu cür addımdır.
Eyni zamanda yeni imperator Naruhitonun çərşənbə günü taxt-taca çıxması da Reiva adlı yeni dövrün başlanmasını müjdələyəcək.
Report.az
Yaponiya imperatoru taxt-tacdan imtina edib
Oxşar xəbərlər