Suriya paytaxtı Dəməşqdə yerləşən Əl-Əmara məhəlləsinin sakinləri dini vəzifələrini yerinə yetirir və Həzrət Hüseynin (ə) qızı, Həzrət Rüqəyyə (s.ə) ziyarətgahını ziyarət edərək, Suriyaya yenidən təhlükəsizlik və əmin-amanlıq gəlməsi üçün Allaha dua edirlər.
Qeyd olunur ki, Ramazan ayının 19-cu gecəsində bir qrup mömin, Dəməşqdə Həzrət Rüqəyyənin (s.ə) türbəsində İmam Əlinin (ə) yaralanmasının ildönümünü anaraq, ölkəyə sabitliyin yenidən qayıtması və Həzrət Rüqəyyənin (s.ə) ziyarətçilərinin əvvəlki kimi çoxalması üçün dualar etdilər.
Keçmişdə Ramazan ayında və İmam Əlinin (ə) şəhadət günündə Ərəb və xarici ziyarətçilərlə dolub-daşan bu müqəddəs məkan, hazırda əsasən yaxın məhəllələrdən və xanım Zeynəb (s.ə) türbəsi ətrafındakı bölgələrdən gələn insanlar tərəfindən ziyarət edilir.
Xanım Rüqəyyənin (s.ə) hərəmi hazırda əsasən məhdud sayda insanlar tərəfindən ziyarət edilir