Varlığınızla qürur duyuruq

Müsəlman Birliyi Hərəkatı bütün hərəkat üzvlərini, xüsusi olaraq məhbəs həyatı yaşayan hərəkat lideri Hacı Tale Bağırzadə başda olmaqla həbsdə olan mübariz qardaşlarımızı, onlara bu çətin mübarizədə dəstək və sevgi nümayiş etdirən ailə üzvüləri, həsrətli baxışları ilə övladlarının azadlığını gözləyən ağsaqqal və ağbirçəkləri, ən nəhayət haqqın müdafiəçisi, mərd qəhrəmanların şirin balalarını hərəkatımızın 9 yaşı münasibəti ilə təbrik edirik. Eyni halda bütün çətinliklərə baxmayaraq əzm nümayiş etdirib hərəkatın mübarizə xəttində bütün rəşadəti ilə çalışan və haqqın zəfəri üçün bütün varlığını xərc edən MBH ailəsinin digər üzvülərinə bu yolda uğurlar arzu edirik.
Hərəkətımıza doğma, eyni halda məhəbbət və dəstək göstərən hüquq institutlarının üzvləri, vəkillər, hüquq müdafiəçiləri, media mənsubları, siyasi və dini liderlərə, illərlə yardım və sevgi göstərən hər kəsə hərəkatımız adından dərin minnətdarlıq və ehtiram nümayiş etdirirk.
İlahi lütf 9 illik bir zamanı adlamaq gücü ilə yanaşı mənəvi bir gücü bu yolda bizə yoldaş etdi. Allahın yardımı ilə növbəti illəri bərabər yürümək və uğurlara imza atmaq niyyəti ilə yolumuza davam edirik.
 
 
MBH mətbuat katibliyi.