Türkiyənin müdafiə naziri 8 gündə 39 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində son 8 gündə 39 terrorçunun da zərərsizləşdirildiyini bildirib.

Nazir Hulusi Akar Kayseridə verdiyi açıqlamada Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizəni qətiyyətlə davam etdirdiyini, İraqın şimalındakı terror yuvalarının bir-bir dağıdıldığını və terrorçuların Suriyanın şimalında yaratmaq istədiyi terror dəhlizinin məhv edildiyini ifadə edib.
Hulusi Akar deyib: “Terror bitməyib, mübarizə eyni əzmlə davam edir. Son 8 gündə 39 terrorçu zərərsizləşdirilib”.