Taliban İranı “İpək Yolu danışıqlarına qoşulmağa” çağırıb

Əfqanıstandakı Taliban Administrasiyasının sənaye və ticarət naziri Nurəddin Əzizi İranı İpək Yolunun dirçəldilməsi üçün Çin-Əfqan danışıqlarında iştirak etməyə çağırıb.

Operativtv.com Təsnimə istinadən xəbər verir ki, Əfqanıstandakı Taliban Administrasiyasının sənaye və ticarət naziri Nurəddin Əzizi İrana səfəri çərçivəsində Çabahar limanını ziyarət edib.

Burada yerli rəsmilərin və iş adamlarının iştirakı ilə keçirilən toplantıda çıxış edən Əzizi, “Hind okeanına bağlanan Çabahar investisiya üçün ən yaxşı yerlərdən biridir. Biz əfqan iş adamlarına və investorlara burada aktiv fəaliyyət göstərməyi tövsiyə edirik” deyib.

Əzizi, “Çabahar Dubay, Oman və Qətər kimi bir çox regional rəqiblərə baxmayaraq, strateji mövqeyinə görə hələ də dünya üçün cəlbedici bölgədir” söyləyib.

Əzizi son illərdə imzalanan bəzi müqavilələrə də toxunaraq, "Bizim təklifimiz bu müqavilələrin məzmununu nəzərdən keçirmək və yeni müqavilələr imzalamaqdır" əlavə edib.

Əzizi həmçinin İranı İpək Yolunu canlandırmaq üçün Çin-Əfqan danışıqlarında iştirak etməyə çağırıb.