Suriyadakı Amerika bazası atəşə tutulub

Suriya şimal-şərqində Deyr əz-Zor vilayətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazası atəşə tutulub.

Bu barədə “Al Mayadeen” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, bazaya raketlər və pilotsuz uçuş aparatları atılıb. Mənbə həmçinin birbaşa zərbələr barədə məlumat verib. Digər təfərrüatlar hələlik açıqlanmayıb.

Bu baza son dəfə avqustun 29-da atəşə tutulmuşdu. O zaman mərmi hərbi obyektin özünə dəyməmiş, ABŞ hərbçiləri xəsarət almamışdı.

 

 

Report.az