Suriyadakı ABŞ bazasına pilotsuz təyyarə hücumu

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Suriya müxalifətinə yaxın mənbə Suriyada ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qondarma anti-İŞİD koalisiya bazasının hədəf alındığını bildirib.

Suriya müxalifətinə yaxın olan “Syrian Human Rights Watch” kimi tanınan qrupun internet saytı bu gün Suriya, İordaniya və İraq sərhəd üçbucağında ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq anti-İŞİD koalisiya bazasına hücum edildiyini açıqlayıb. Bu təşkilat öz xəbərlərində belə açıqlama verib ki: “Bu hücum son bir neçə saat ərzində baş verib və naməlum pilotsuz təyyarə bu bazanı 55 kilometr radiusda hədəfə alıb. Suriyadakı bu Amerika bazası bu il beş aydan çox müddətdə ilk dəfə hücuma məruz qalıb”.

Beynəlxalq koalisiya hələlik məsələ ilə bağlı açıqlama verməyib, hücumu təkzib və ya təsdiqləməyib, dəymiş ziyanın miqdarı və mümkün itkilər barədə hər hansı təfərrüat açıqlamayıb. Beynəlxalq koalisiyanın təsir zonaları və Suriyadakı Ceyş əl-Məqavir əl-Surə kimi tanınaraq ona bağlı terrorçular daha əvvəl keçən il avqustun ortalarında dron hücumuna məruz qalmışdılar.

  Bu pilotsuz təyyarənin hücumunun hədəfi Suriya, İordaniya və İraqın sərhəd üçbucağında 55 kilometrlik ərazidə yerləşən Əl-Tanf bazası olub.