Suriyadakı ABŞ bazası 1 saat ərzində 3 dəfə hədəfə alınıb

Yerli mənbələrdən əldə edilən məlumata görə, ABŞ ordusunun Deyr əz-Zordakı Ömər neft yatağındakı bazasına bir saat ərzində 3 dəfə hücum edilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Suriyanın şərqindəki Ömər neft yatağında ABŞ hərbi bazasına edilən hücumlarda 10-dan çox raket atılıb.

Mənbə bildirib ki, raketlərin vurulduğu ərazilərdən birində yanğın baş verib.