Küveyt və Səudiyyə Ərəbistanı Fars körfəzindəki Durra qaz yatağının daxil olduğu bölünmüş neytral zona kimi tanınan ərazinin yalnız iki ölkənin birgə mülkiyyətində olduğunu bildirib.
Küveyt və Səudiyyə Ərəbistanı xarici işlər nazirliklərinin birgə bəyanatında sözügedən bölgənin sərvətlərindən istifadə hüquqlarının tamamilə iki ölkəyə aid olduğu qeyd edilib. Bəyanatda deyilir: “Beynəlxalq hüquqa və mehriban qonşuluq münasibətlərinə uyğun olaraq, Küveyt və Səudiyyə Ərəbistanı İranı bölünmüş bölgənin şərq sərhədi ilə bağlı danışıqlara çağırışlarını təkrarlayır”.
İranın neft naziri Cavad Ovci avqustun 2-də Nazirlər Kabinetinin iclasından sonra mətbuata verdiyi açıqlamada Fars körfəzindəki Ərəş/Durra qaz yatağı ilə bağlı Küveytlə birgə işləməyə hazır olduqlarını bildirib.
Fars körfəzində yerləşən və 1967-ci ildə kəşf edilən Ərəş/Durra Qaz Yatağı illərdir İran və Küveyt arasında problemlər yaradır. Qaz yatağının İran tərəfdəki hissəsi "Arəş", Küveyt tərəfi isə "Durra" adlanır. Səudiyyə Ərəbistanı və Küveyt 2022-ci ilin martında Durra qaz yatağının işlənməsinə dair saziş imzalayıb. İran isə sözügedən razılaşmanın “qanunsuz” olduğunu əsas gətirərək, bölgədə qazma işlərinə başlayacağını bəyan edib.
İyulun 3-də Küveyt İranı bölgədəki dəniz sərhədinin müəyyən edilməsi üçün danışıqlara dəvət edib, Tehran rəhbərliyi isə mövzu ilə bağlı açıqlama verməyib. "Küveyt İranla sərhədin çəkilməsini gözləmədən Durra qaz yatağında kəşfiyyat və hasilat fəaliyyətlərinə başlayacaq" - Küveytin neft naziri Saad əl-Barak iyulun 27-də bildirib.
Səudiyyə Ərəbistanı və Küveytin İranla gərginliyi artır