Şəhidləri zayarətə qadağa sadəcə rəzalətdir

“20 Yanvar” şəhidlərini ziyarət üçün Şəhidlər Xiyabanına yollanan Tale Bağırzadənin həyat yoldaşı Leyla xanım İsmayılzadə polis qadağası ilə üzləşib. Metronun çıxışında İsmayılzadə uşaqların sənəd yoxlanılması bahənasi ilə saxlanılsa da, onun əlindən mobil telefonun alınması göstərir ki, məsələ təkcə sənəd yoxlanılmasında deyil. Şübhəsiz ki, bu addım Leyla xanımın tam təcrid olunaraq yaxın ətrafı ilə əlaqələrinin kəsilməsinə, eyni halda digər hərəkat qadınlarının qorxu yaşamasına hesablanıb. Ziyarət yaxınlığında onu gözləyən yaxınları və inanclı xanımlar bu müddəti böyük həyəcan və təşvişlə qarşılayıblar.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) işçilərinin məhz bu nöqtədə, metroda xanımın yoxlanılmasını həyata keçirməsi isə işin planlı icrasından xəbər verir. Əgər belə bir nəzarət hüquqi qayda olsaydı çox güman ki, bu nəzarəti metronun daxili təhlükəsizlik orqanı həyata keçirməli idi. Lakin Baş İdarə əməkdaşlarının işə qoşulması bəlli sifarişin icra olunduğunu söyləməyə əsas verir. Saatlarla sürən araşdırmadan sonra Bakı Şəhər Baş Polis İdarəsi işçilərinin nəzarəti altında Leyla İsmayılzadə və ziyarətə gedən uşaqların evlərinə qədər daşınması bu addımın təxribat olduğunu göstərir. Hakimiyyət bununla da hərəkata bağlı insanların, gənc və yeniyetmələrin, azyaşlı uşaqların qan yaddaşımız olan 20 Yanvar şəhidlərinin ziyarətinə gəlmələrini süni əngəlləmiş olur.
Hakimiyyətin bu addımını qətiyətlə pisləyərək ziyarəti siyasi çalarlara salıb, xalqın manipulyasiya edilməsini hərəkat olaraq pisləyir, növbəti dəfə polisin özbaşına, eyni halda təxribat addımlarını qınayaraq, rejimin bu kimi addımlara son verməsini tələb edirik.
 
 
Müsəlman Birliyi Hərəkatı