Oktyabrın 3-də Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Əhli-beyt Hüseyniyyəsində möminlərin iştirakı ilə cümə namazı qılınıb.
Cümə namazına Hacı Rüfət Məmmədov imamət edib. O, birinci xütbəsində İslam tarixində mühüm mövqeyi olan Həzrəti Məsumə (s.ə) haqqında danışıb. İlahiyyatçı çıxışında Həzrəti Məsumənin (s.ə.) mənəvi məqamı, elm və ibadətə bağlılığı, İslamın yayılmasında oynadığı rol barədə geniş məlumat verib.
İkinci xütbədə isə hacı Rüfət Həzrəti Məsumənin (s.ə) siyasi fəaliyyətini xüsusi vurğulayıb. O, xanımın cəmiyyət içində mövqeyi, İmam Musa Kazımın (ə) övladı olaraq şiələrin mənəvi dayağına çevrilməsi və vilayətin qorunması uğrunda gördüyü işlərdən bəhs edib.
Sankt-Peterburq Əhli-beyt Hüseyniyyəsində cümə namazı qılınıb